AİB “Şahdəniz-2”nin işlənməsi məqsədilə 1 milyard dollar kredit ayırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

AİB “Şahdəniz-2”nin işlənməsi məqsədilə 1 milyard dollar kredit ayırıb

11:15 - 07 / 12 / 2016
AİB “Şahdəniz-2”nin işlənməsi məqsədilə 1 milyard dollar kredit ayırıb

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının qərarı ilə “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində dünyanın ən böyük qaz yataqlarından olan Azərbaycanın “Şahdəniz-2” qaz yatağının işlənməsi məqsədilə özəl və dövlət sektora 1 milyard dollar kredit ayrılıb.

Bu maliyyə vəsaitinə “Cənub Qaz Dəhlizi” QSC üçün özəl sektora 500 milyon dollar vəsaitin ayrılması və əlavə 500 milyon dollarlıq kredit üçün zəmanətin verilməsi daxildir. Zəmanət beynəlxalq banklar tərəfindən QSC-yə verilən 526 milyon dollarlıq kommersiya kreditlərinə aiddir. Bankın maliyyə yardımını hökumət sosial ehtiyaclara və karbohidrogendən asılı olan Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi səylərinin davam etdirilməsinə yönəldə bilər.

“AİB 2015-ci ildə özəl sektor vasitəsilə “Şahdəniz” qaz yatağının genişləndirilməsi üçün layihəyə dəstək verib. “Cənub” qaz dəhlizinə verilən bu maliyyə yardımı AİB-in həmin layihənin inkişafı istiqamətində fəaliyyətə olan inamının bariz nümunəsidir”, - deyə bankın özəl sektor üzrə əməliyyatlar departamentinin baş direktoru Maykl Barrou vurğulayıb.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazın “Cənub” qaz dəhlizinin seqmentlərini təşkil edən “Şahdəniz Mərhələ 2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi”, Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) layihələri ilə Türkiyəyə və bu ölkədən də Avropaya nəqli nəzərdə tutulur. 3 min 500 kilometr uzunluğundakı “Cənub” qaz dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2019-cu ilədək Türkiyəyə, 2020-ci ilə qədər isə Avropaya çatdırılması planlaşdırılır. Azərbaycanın bu il “Cənub Qaz Dəhlizi” layihəsinə ümumilikdə 2 milyard 809 milyon dollar vəsait sərf etməsi nəzərdə tutulur.

1news.az

Paylaş:
873

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər