Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşları qəbul edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 14-də Biləsuvar şəhərində Salyan, Neftçala, Cəbrayıl və Biləsuvar rayonlarının sakinlərini qəbul edəcək.
1news.az-ın məlumatına görə, qəbul Biləsuvar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Mübariz İbrahimov küçəsi, 216) saat 11:00-da başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
1news.az
699