Keçmiş arvadını oteldə başqa kişi ilə tutub - Masallıda baş verən qətlin təfərrüatı
Bu gecə Masallı rayonunda törədilmiş qətlin təfərrüatı məlum olub.
1news.az lent.az-a istinadən xəbər verir ki, 41 yaşlı Muradov İbrahim Paşa oğlunun keçmiş həyat yoldaşı Hüseynova Röya Novruz qızını qısqanclıq zəminində öldürməsi dəqiqləşib.
Məlum olub ki, R.Hüseynova Masallıdakı mebel mağazalarından birində satıcı işləyirmiş. O, İ.Muradovdan ayrılandan sonra başqa şəxslə görüşməyə başlayıb. Dünən isə qadın tanışı ilə birgə Masallıdakı otellərdən birinə gedib. Xeyli vaxt ərzində keçmiş həyat yoldaşını izləyən 41 yaşlı İbrahim də həmin vaxt otelə basqın edib və məlum cinayəti törədib.
İ.Muradov keçmiş xanımına bir bıçaq zərbəsi endirib.
Bildirilir ki, qadının yanında olan şəxs də mebel işi ilə məşğul olur.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
1news.az