Meteoroloqlardan xəbərdarlıq: Bakıda çovğun olacaq, temperatur 7-10 dərəcə aşağı enəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: Bakıda çovğun olacaq, temperatur 7-10 dərəcə aşağı enəcək

13:22 - 13 / 12 / 2016
Meteoroloqlardan xəbərdarlıq: Bakıda çovğun olacaq, temperatur 7-10 dərəcə aşağı enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 14-15-də hava şəraitinin kəskin dəyişəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, sulu qara, qara keçəcəyi, bəzi yerlərdə arabir intensivləşəcəyi, dekabrın 14-də axşam, 15-də çovğun olacağı gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə  aşağı enəcək. Yolların buz bağlama ehtimalı var.

 Azərbaycanın rayonlarında dekabrın 14-15-də hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcək. Yollar buz bağlayacaq.

1news.az

Paylaş:
557

Son xəbərlər

Bütün xəbərlər