Gəncədə “Baku Bus” qəza törətdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə “Baku Bus” qəza törətdi

1news Redaksiyası14:33 - Bu gün
Gəncədə “Baku Bus” qəza törətdi

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

1news.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin F. Xoyski ilə Rüzügar Qasımov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, 19 saylı marşrut üzrə hərəkət edən "Baku Bus”a məxsus avtobus "KİA” markalı maşınla toqquşub.

Sərnişin avtobusu daha sonra ağaca çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyata ciddi ziyan dəyib.
 

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər