SAM-ın xüsusi nəşrinin növbəti sayı rus dilində çap edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

SAM-ın xüsusi nəşrinin növbəti sayı rus dilində çap edilib

14:46 - 13 / 12 / 2016
SAM-ın xüsusi nəşrinin növbəti sayı rus dilində çap edilib

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin SAM-ın şərhləri adlı xüsusi nəşrinin növbəti sayı rus dilində çap edilib.

1news.az-ın məlumatına görə, SAM-ın direktor müavini Gülşən Paşayevanın müəllif olduğu və Beynəlxalq dillər ictimai diplomatiyanın tərkib hissəsi kimi adlanan bu yeni nəşrdə xarici siyasət sahəsində dil faktorunun rolu və müasir ictimai diplomatiyanın dil baxımından özəllikləri təhlil edilib,  beynəlxalq dillərin Azərbaycanın dil məkanında işlədilməsinin bəzi aspektləri nəzərdən keçirilib.

Nəşrdə ictimai diplomatiya baxımından dilin kommunikativ, sosial-mədəni və status potensialına malik olması faktı əsas götürülərək, beynəlxalq dillər kimi müasir dünyada geniş istifadə edilən ingilis, fransız, çin və rus dillərinin nümunəsində Böyük Britaniyanın, ABŞ-ın, Fransanın, Çin Xalq Respublikasının və Rusiya Federasiyasının həyata keçirdikləri ictimai diplomatiya siyasəti araşdırılıb.

Eyni zamanda bu gün qlobal lingua franca rolunu oynayan ingilis dilinin və SSRİ dövründə böyük nüfuza malik olan rus dilinin müstəqil Azərbaycanın dil məkanında işlədilməsi, həmin dillərin və eləcə də Azərbaycan dilinin dövlətimizin apardığı ictimai diplomatiya siyasətində istifadə imkanları təhlil edilib.

1news.az

Paylaş:
440

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər