Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilərin sayı açıqlanıb

16:35 - 13 / 12 / 2016
Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilərin sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində cari ilin noyabr ayı ərzində 378 nəfər əcnəbi şəxs qeydiyyata alınıb ki, bu da əvvəlki oktyabr ayı ilə müqayisədə 54,3 faiz çoxdur.

1news.az-ın məlumatına görə, ümumilikdə bu ilin yanvar-noyabr aylarında əlavə olaraq 5 871 nəfər əcnəbiyə fərdi hesab açılmaqla, sistemin əhatə etdiyi xarici ölkə vətəndaşlarının sayı 33 733 nəfərə çatıb.  

Hazırda fərdi uçot sistemində 122 ölkənin vətəndaşları qeydiyyatdadır. Onların sırasında say baxımından ilk yerləri Тürkiyə (15 626 nəfər), Gürcüstan (3 254 nəfər) və Rusiya (1 941 nəfər) vətəndaşları tuturlar. Həmçinin sistemdə Özbəkistandan (1 809 nəfər), Hindistandan (1 437 nəfər), İrandan (1 049 nəfər), Çindən (924 nəfər), Banqladeşdən (880 nəfər), Pakistandan (715 nəfər), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya Krallığından (674 nəfər), Ukraynadan (555 nəfər), Türkmənistandan (327 nəfər), Filippindən (306 nəfər), ABŞ-dan (297 nəfər), Almaniyadan (270 nəfər), Qazaxıstandan (257 nəfər), İtaliyadan (218 nəfər) və s. ölkələrdən olan əcnəbilər fərdi hesaba malikdirlər.

Sistemdə qeydiyyatda olan əcnəbilərin 29 798 nəfərini (88,3 faiz) kişilər, qalanlarını qadınlar təşkil edir. 

2006-cı il yanvarın 1-dən Azərbaycanda tətbiqinə başlanan  fərdi uçot sistemi ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olan, respublikamızın mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb edilən digər gəlirləri əldə edən əcnəbilərin də öz fərdi hesablarında pensiya kapitalı toplamalarına şərait yaradıb. Bununla da onlar gələcək pensiya təminatı hüquqlarını formalaşdırmış olurlar.

Fərdi uçot sistemində qeydiyyata olan şəxslərin ümumi sayı isə 1 dekabr 2016-cı il tarixinə 3 352 983 nəfər təşkil edib.

1news.az

Paylaş:
457

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər