Azərbaycanla İsrail arasında bir sıra sənədlər imzalanıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla İsrail arasında bir sıra sənədlər imzalanıb

16:53 - 13 / 12 / 2016
Azərbaycanla İsrail arasında bir sıra sənədlər imzalanıb

Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü başa çatdıqdan sonra Azərbaycan-İsrail sənədlərinin imzalanması mərasimi olub.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, “Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində əməkdaşlıq haqqında” Sazişi Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzaladılar.

“Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında” Sazişi Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzaladılar.

“Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanı Azərbaycanın vergilər naziri Fazil Məmmədov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzaladılar.

“Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında Birgə Komissiyasının yaradılması haqqında” Anlaşma Memorandumunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzaladılar.

1news.az

Paylaş:
522

Son xəbərlər

MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10
Bütün xəbərlər