“Cəbhə xəttində bir gündə 2 PUA itirən ermənilər absurd bəhanələr gətirir” – Müdafiə Nazirliyi | 1news.az | Xəbərlər
Siyasət

“Cəbhə xəttində bir gündə 2 PUA itirən ermənilər absurd bəhanələr gətirir” – Müdafiə Nazirliyi

18:43 - 13 / 12 / 2016
“Cəbhə xəttində bir gündə 2 PUA itirən ermənilər absurd bəhanələr gətirir” – Müdafiə Nazirliyi

“Dekabrın 12-də cəbhə xəttinin müxtəlif istiqamətlərində 2 ədəd pilotsuz uçuş aparatını itirən erməni tərəfi hər zaman olduğu kimi absurd bəhanələr gətirməklə real faktı növbəti dəfə inkar etməyə çalışır”.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.

Məlumatda qeyd olunub ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi utanmadan onlara məxsus vurulmuş PUA-ları bu dəfə guya “Azərbaycanlı uşaqların oyuncaqları” kimi qələmə verir:

“Halbuki bu vaxtadək elə Yerevanın müxtəlif səviyyəli rəsmiləri özləri etiraf edərək Ermənistan ordusunun təminatına küstar üsulla və əldəqayırma pilotsuz uçuş vasitələrinin daxil edilməsi barədə dəfələrlə məlumatlar səsləndiriblər.

Fotonun sol və sağ künclərində pərlərdən də göründüyü kimi, bu foto Ermənistana məxsus vurulan pilotsuz uçuş aparatlarından birindən əldə edilib. Fotoda PUA uçuşa buraxılmadan əvvəl aparatı idarə etmək üçün əlində pult olan hərbi qulluqçu və onun ətrafına toplaşan digər hərbçilərin prosesi izləməsi təsvir olunub. Bu bir daha sübut edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bütün fəaliyyətlərini yalnız yalan və saxtakarlıq üzərində qurmaqla dünya ictimaiyyətini aldatmağa cəhd göstərirlər” - Müdafiə Nazirliyindən vurğulanıb.

1news.az

Paylaş:
532

Son xəbərlər

DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36
Bütün xəbərlər