Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

09:55 - 14 / 12 / 2016
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda binaların birində güclü yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 92 m2 olan 3 otaqli mənzilin 2 otağının yanar konstruksiyaları 30 m2 sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

1news.az

 

Paylaş:
692

Son xəbərlər

Bütün xəbərlər