Metro istifadəçilərinə şad xəbər | 1news.az | Xəbərlər
Cəmiyyət

Metro istifadəçilərinə şad xəbər

12:12 - 14 / 12 / 2016
Metro istifadəçilərinə şad xəbər

Təmir-bərpa işlərinin aparılması məqsədilə bağlanan Bakı Metropoliteni QSC-nin “Cəfər Cabbarlı” stansiyasının birinci yolu sabahdan açılacaq.

1news.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

“Təmir-bərpa işlərinin aparılması məqsədilə birinci yol təxminən iki həftəlik bağlansa da, işlər tez yekunlaşıb. Dekabrın 15-də bu yol yenidən sərnişinlərin istifadəsinə veriləcək”, - deyə qurum rəsmisi bildirib.

Xatırladaq ki, dekabrın 7-dən etibarən “Cəfər Cabbarlı” stansiyasının birinci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüddətli bağlanıb. Adıçəkilən stansiyaya gedəcək sərnişinlər “Cəfər Cabbarlı” stansiyasının ikinci yolundan istifadə edirdilər.

1news.az

Paylaş:
730

Son xəbərlər

Bütün xəbərlər