Kanalda balıq tutan Şirvan sakini suya düşərək boğulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Kanalda balıq tutan Şirvan sakini suya düşərək boğulub

18:47 - 15 / 12 / 2016
Kanalda balıq tutan Şirvan sakini suya düşərək boğulub

Hacıqabul rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, dekabrın 14-də Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisindən keçən Şirvan kanalının yaxınlığında “VAZ-21074” markalı avtomobil tapılıb.

Hacıqabul RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalarla avtomobilin Şirvan şəhəri ərazisində yaşayan Məmməd Qurbanova məxsus olması və onun dekabrın 13-də balıq ovlamaq üçün evdən çıxması, kanalda balıq tutarkən yıxılaraq boğulması müəyyən edilib.

Meyit sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

 

Paylaş:
577

Son xəbərlər

Bütün xəbərlər