Bu il 3560 nəfər şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il 3560 nəfər şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

23:38 - 15 / 12 / 2016
Bu il 3560 nəfər şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

İşçi qüvvəsinin daim inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması dövlət məşğulluq siyasətinin əsas istiqamətlərindən biridir.

1news.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, cari ilin yanvar-noyabr aylarında əlavə olaraq 3560 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

Həmin vətəndaşlara dərzi, elektrik montyoru, kompyuter istifadəçisi, mebel quraşdırıcısı, əməliyyatçı mühasib, xalçaçılıq, avtomobil təmiri üzrə çilingər, elektrik qaynaqçısı, qənnadçı, bərbər və s. peşələr öyrədilib.  Kursları uğurla başa çatdıran şəxslərə peşə sertifikatları verilib. Onların yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin edilməsi üçün nazirliyin aidiyyəti rayon (şəhər) Məşğulluq  mərkəzləri tərəfindən müvafiq işlər aparılıb.

Qeyd edilən şəxslərdən 3 240 nəfəri (o cümlədən 130  nəfər əlilliyi olan şəxs) üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  yanında  Dövlət Məşğulluq Xidmətinin xətti ilə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. 320 nəfər isə nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində seçdikləri peşələr üzrə kurslara qəbul olunublar. Həmin gənclər  mərkəzdə peşə bacarıqlarına yiyələndikləri müddətdə onların burada dövlət hesabına tibbi xidmətlərlə, yataqxana və yeməklə təminatı həyata keçirilib. Onlar cəmiyyətə fəal inteqrasiya imkanlarına malik olmaları üçün sosial reabilitasiya yönümlü    tədbirlərə də cəlb ediliblər.

Əmək bazarının tələbləri əsasında gənclərin düzgün peşə və ixtisaslara istiqamətləndirilməsi üçün yanvar-noyabr aylarında valideylərin də iştirakı ilə keçirilən peşəyönümü tədbirlərində əlavə olaraq 102 337 nəfər gəncə peşəyönümü məsləhətləri verilib. Onların böyük əksəriyyətini orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri təşkil edib.

1news.az

 

Paylaş:
525

Son xəbərlər

Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13
Bütün xəbərlər