“Cəfər Cabbarlı” metro stansiyasının 1-ci yolu sərnişinlərin istifadəsinə verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Cəfər Cabbarlı” metro stansiyasının 1-ci yolu sərnişinlərin istifadəsinə verilib

12:42 - 15 / 12 / 2016
“Cəfər Cabbarlı” metro stansiyasının 1-ci yolu sərnişinlərin istifadəsinə verilib

Təmir-bərpa işlərinin aparılması məqsədilə bağlanan “Cəfər Cabbarlı” metro stansiyasının 1-ci yolu bu gün sərnişinlərin istifadəsinə verilib.

1news.az-ın məlumatına görə, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, “Cəfər Cabbarlı” stansiyasının birinci yolunun təmir-bərpa işləri artıq yekunlaşıb. Təmir-bərpa işlərinin yekunlaşmasının 2 həftəyə bitəcəyi gözlənilsə də, işlər 1 həftəyə başa çatıb.

Xatırladaq ki, dekabrın 7-dən etibarən “Cəfər Cabbarlı” stansiyasının birinci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüddətli bağlanmışdı. Adıçəkilən stansiyaya gedəcək sərnişinlər “Cəfər Cabbarlı” stansiyasının ikinci yolundan istifadə edirdilər.

1news.az

Paylaş:
682

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər