Kəmaləddin Heydərov və Rövnəq Abdullayev neftçilərin itkin düşdüyü ərazidədirlər
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və SOCAR prezidenti Rövnəq Abdullayev Xəzər dənizində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması ilə əlaqədar hadisə yerindədirlər.
1news.az-ın məlumatına görə, hazırda onlar hadisə baş vermiş əraziyə baxış keçirərək itkin düşmüş neftçilərin axtarışında iştirak edən müvafiq qurumların rəhbərləri ilə operativ müzakirə keçirirlər.
1news.az
1279