İsa Qəmbər: əyalət siyasətçisinin qisməti | 1news.az | Xəbərlər
Siyasət

İsa Qəmbər: əyalət siyasətçisinin qisməti

15:46 - 03 / 02 / 2017
İsa Qəmbər: əyalət siyasətçisinin qisməti

Son həftələr klassik müxalifət liderlərindən biri – İsa Qəmbər müəyyən fasilədən sonra dövlətin ünvanına növbəti tənqidlərini yağdırmağa başlayıb.

Prezident seçkilərindən sonra yuxu vəziyyətini alan, neçə aylar ərzində heç bir yaddaqalan hərəkətlər etməyən Qəmbər qəfildən bir neçə rezonans doğuran bəyanatlarla, xüsusən də hökumətin qərarlarına qarşı tənqidlə çıxış edib.

“Musavatı”ın eks başçısı, hazırda isə Milli Strateji Düşüncə Mərkəzini kimi amorf qurumun rəhbəri əvvəlcə yerli KİV-dən birinə müsahibə verərək qeyd edib ki, guya hələ bir il öncə antiböhran planı təqdim edib, lakin hökumət bu məlumatı nəzərə almayıb. Daha sonra isə müxalifət düşərgəsindən olan həmkarları ilə tərəfdarlarını improvizə olunmuş mitinqə toplamağa çalışıb.

Hadisələrə ardıcıllıqla nəzər yetirək.

Əyalət savadsızlığı

Son iyirmi ildən artıq bir müddətdəki bəyanatlara nəzər salaraq fikir yürütsək Qəmbər klassik  əyalət siyasətçisinin nümunəsi təsirini bağışlayır. 

O, hətta 90-ların burulğanında taleyin hökmü ilə üzə çıxmış cahil deyil. Günümüzdə də bütün qüvvəsilə gündəmdə qalmağa çalışır.

Bu – bir növ siyasi dərslik nümunəsi kimi dar düşüncəsi, həddən artıq özündən razılığı və açıq surətdə cahilliyi ilə fərqlənir.

Bur cür siyasətçilər müəyyən çərçivədə olan, savadsız audirotiyaya güvənərək onu fəal surətdə demaqoqluğa (ən müxtəlif, daha çox bəyanedici xarakterli) sürükləyərək mövcud olmayan və ya formal proqram və sənədlərə sövq edir.

Daha sonra dövriyəyə şirin vədlər (misal üçün – insan hüquqları haqqında) və terminlər (misal üçün – “antiböhran planı”) girir ki, bunun mənasını sonadək nə natiq, nə də auiditoriya anlayır.

Bu cür siyasətçilərin uğuru adətən iqtisadi rifah və əhalinin təhsil səviyyəsi ilə tərs mütənasibdir, deməli – inkişafın əks istiqamətinə yönəlib. Bu göstəricilər nə qədər yüksək olarsa, belə siyasətçilərin şansları da az olur. Və ya əksinə.

Xoşbəxtlikdən ölkəmizdə Qəmbər və ona bənzər siyasətçilərin seçki bazasının azlığı  sevinməyə əsas verir.

Beləliklə, Qəmbərin sözlərinə görə, antböhran yol xəritəsində ölkənin iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ideyalar öz əksini tapıb. Eləcə də burada “hakimiyyətin xalqa verilməsi” təklifi də vardı.

Eyni zamanda müxalifətin “əsas strateji mütəfəkkiri” bir il öncə təqdim edilmiş həmin sənədin müddəları ilə harada tanış olmağı, eləcə də o, məhz hansı yolla “bütün hakimiyyət xalqındır” bolşevik şüarını həyata keçirməyi dəqiqləşdirməyib.

Qəmbərin “Düşüncə mərkəzi”nin fəaliyyəti ilə bağlı bütün axtarışlarımız uğurla nəticələnmədi. Belə ki, bu qurumun heç bir internet-saytı yoxdur. Eləcə də bütün sosial şəbəkələrdə bu adda heç bir fəaliyyət aparılmır.

Həmin sənədi görmüş deputat Aydın Mirzəzadə bunu səriştəsiz və heç bir dəyərə sahib olmayan adlandırıb. (buradan)

Bir sözlə, öz demaqoqluğunu sistemləşdirmək və fikirlərə dəyərli sənəd şəklində gözə çarpan formanı vermək – əyalət müxalifəti nümayəndələrinin fərqləndirici cəhətidir.

Populistik xarakter daşıyan şüarlarla kifayətlənmək – demək olar ki,  90-cı illərin əvvəlində “xalq cəbhəsi partiyası hərəkatının” şinelindən çıxmış bütün müxalifətçi siyasətçilərin xüsusiyyətidir.  Belə halda da Qəmbər istisna deyil.

ADR simvollarının istismarı

Lakin müsavatçı və cəbhəçilərin öz dəyərsiz kiçik siyasi kapitalını gizlətmək üçün ADR brendini istifadə etməsi cəhdi daha maraqlı hesab olunur.

Məlum olduğu kimi, prezident seçkiləri ərəfəsində müxalifət partiyaları dəfələrlə mitinq keçirdilər. Və bu mitinqlərdə çoxlu sayda tərəfdar toplaya bilmədilər.

Bu aksiyalar müxalifətin seçki bazasının azlığı, 90-cı illərdə qalmış siyasətçilərin köhnəlmiş şüarlarını dəstəkləmək istəməyən əhalinin istəksizliyinin növbəti sübutudur.

Bu vəziyyətdən çıxış yolu kim Qəmbər və onun komandası keçmişin simvollarını amansızcasına istismar etməkdə görür. Düzü, bu cənabların “Musavat” brendini hansı əsasda istismar etməsi tapmacadır. Belə ki, Qəmbərin partiyası ilə M.Ə.Rəsulzadənin ideoloji baxışları arasında yerlə göy qədər fərq var.

Bütün illər ərzində Qəmbərin “Musavatı” öz siyasi mövqeyini müyyənləşdirməyərək ciddi ideologiya formallaşdıra bilməyib.  Bir sıra dairə və potensial sponsorların xoşuna gəlmək üçün dəfələrlə öz siyasi rəngini dəyişib.

Bəzən MHP (Bozqurd) türk partiyasına yaxın mövqe gösətərək türkçülüyü tərənnüm edirdi, bəzən isə Əbülfəz Elçibəyin irsinə sahib çıxamaq üçün “milli demokratiya” forması alırdı. Bəzən isə Avropadan qrant almaq üçün “liberallıq” mantiyasını da geyinirdi.

Zaman-zaman islamçı seçicilərin səsini toplamaq üçün dini şüarlar da səsləndirirərək dünyəvilik rejimini devirmək istəyən radikal elementləri açıq surətdə dəstəkləyirdi.

M.Ə.Rəsulzadənin doğum günü Novxanıda təşkil edilən mitinq də istisna deyil.

Aksiya “təşəbbüskarları” - AXCP-nin lideri Əli Kərimli, sabiq başçı İsa Qəmbər və onun əlaltısı Arif Hacılı indiki hökuməti ADR zamanı ilə müqayisə edərək keçmişin dəyərlərinə söykənirlər.

Diqqətimizi natiqlərin demaqoqluğuna cəmləşdirməyək. Lakin qeyd edək ki, burada da hadisələrsiz keçinmədi. Belə ki, Hacılı qəfildən öz partiyasını dirçəltməyi, eləcə də hər kəsi 90-cı illərin əvvəlinə qaytarmağı vəd edir.

Bu dövr hamımızın xatirində qeyri-sabitlik,  iqtisadi böhran vəziyyəti ilə yadda qalıb. Bu da həmin vaxtlar hakimiyyətdə olmuş cəbhəçilərin qeyri-peşəkarlığından irəli gəlir.

Naftalinli müxalifət liderlərinin bu cür ismarışları xarici dairələrin tənqidi nəticələr ilə inanılaz dərəcədə üst-üstə düşürdü.

Kor kora kor deməsə...

Sirr deyil ki, Azərbaycan Prezidentinin milli maraqlara söykənən qərarlı siyasəti başda Ermənistan və onun xaricdəki havadarları olmaqla antiazərbaycan qüvvələri ciddi surətdə narahat edir.

Və Azərbaycan cəmiyyəti  bu sifarişlər həyata keçirən antimilli qrupların daxili siyasətin satibliyini pozmasının dəfələrlə şahidi olub.

“Yeni fikir” gənclər təşkilatının sədri Ruslan Bəşirılinin erməni xüsusi xidmətilə əməkdaşlığı  və daha sonra öz əməlindən peşman olması bunun bariz nümunəsidir.

Daha sonra isə yenidən müxalifət qüvvələrinin erməni təşkilatlarla əməkdaşlığı gündəmə gəldi. Məlum oldu ki, Azərbaycanın “Musavat” müxalifət partiyası ilə Levon Ter-Petrosyanın Ermənistan Ümummilli Hərəkatı arasında razılıq imzanıb.

Bu haqda xəbər 2010-cu ilin oktyabrında Erməni Milli Konqresinin müxalifətçi əlaqələndiricisi Levon Zurabyanın “dilindən çıxıb”.

“Regindakı tərəflər arasında ciddi deklarasiyanın imzalanması və Azərbaycandan (daha dəqiq “Musavat” partiyası – qeyd) erməni tərəfindən güzəştlərsiz razılıq alınmasında pis bir şey görmürəm”, - Zurabyan (Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın sağ əli) deyib.  

Təəccüblüdür ki, bu fikirlərlə “Musavat” partiyasının nümayəndəsi də razılaşıb.

Əli Kərimli, İsa Qəmbər və Arif Hacılı kimi arxaik düşüncəli siyasi fırıldaqçılar 21-ci əsrin reallıqları ilə barışa bilmirlər. Ona görə də istənilən yolla ölkənin siyasi həyatına daxil olmağa çalışırlar.

Lakin bu cür aşağı əyarlı siyasət hətta yaxın tərəfdarları arasında rəğbət qazana bilmir. Məhz buna görə də bu siyasətçilərin sosial bazasının ixtisarı heç kəsi təəccübləndirmir.

Adekvat seçicini xaricdən gələn sifarişlər əsasında ölkənin daxili sabitliyini pozmağa və cəmiyyəti gərgin vəziyyətdə saxlamağa çalışanların fəaliyyəti çətin ki, cəlb etsin.

Bununla yanaşı, son 20 ildə bu cür siyasətçilərin reallıqları uğurla formalaşmayıb. Bu gün onlar cəmiyyət tərəfindən obyektiv olaraq qəbul edilmirlər. Onların sabitliyi pozmaq cəhdi – bu məsələ siyasi analitiklərin deyil, daha çox hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aiddir.

1news.az

Paylaş:
1063

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər