Maştağa qəsəbəsinin bəzi yerlərində işıq olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Maştağa qəsəbəsinin bəzi yerlərində işıq olmayacaq

Qafar Ağayev14:15 - Bu gün
Maştağa qəsəbəsinin bəzi yerlərində işıq olmayacaq

Bu gün Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə yenidənqurma və təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan 1news.az-a verilən məlumatagörə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 4 noyabr tarixində Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq 497 saylı yarımstansiyada yenidənqurma və təmir-təftiş işləri aparılacaq.

Məlumata görə, qeyd olunanlarla əlaqədar olaraq saat 14:30-dan 15:30-dək Maştağa qəsəbəsinin bəzi hissələrində, eləcə də Albalılıq adlanan yaşayış ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər