Paytaxtda oğurluq edənlər saxlanılıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtda oğurluq edənlər saxlanılıblar

15:52 - 04 / 11 / 2025
Paytaxtda oğurluq edənlər saxlanılıblar

Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, zərərçəkmiş iki nəfər polisə müraciət edərək ümumilikdə 10 min manat dəyərində məişət əşyalarının talandığını bildiriblər.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə V.Məmmədov və əvvəllər məhkum olunmuş R.Əliyev şübhəli şəxs qismində saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
223

Son xəbərlər

Bütün xəbərlər