Nə üçün ABŞ və Rusiya qərargah rəislərinin görüş yeri kimi məhz Bakını seçdi? | 1news.az | Xəbərlər
Siyasət

Nə üçün ABŞ və Rusiya qərargah rəislərinin görüş yeri kimi məhz Bakını seçdi?

17:05 - 17 / 02 / 2017
Nə üçün ABŞ və Rusiya qərargah rəislərinin görüş yeri kimi məhz Bakını seçdi?

Dünən Bakıda ABŞ Silahlı Qüvvələrinin (SQ) Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeriy Gerasimov arasında görüş keçirildi.

Pentaqonun məlumatında tərəflərin ABŞ və Rusiya arasında mövcud hərbi əlaqələri, eləcə də hərbçilər arasında nöqsan və potensial böhranların qarşısını almaq üçün daimi və aydın rabitənin əhəmiyyəti kimi müxtəlif spektrli məsələləri müzakirə etmək niyyətində olduğu qeyd edilir. 

Qərb mətbuatında qeyd edilirdi ki, Rusiya və ABŞ-ın Suriyadakı hərbi əməliyyatları, eləcə də Ukraynanın şərqindəki gərginliyin eslakasiyası məsələsi danışıqların daha ehtimal edilən mövzusu olacaq.

Həmçinin vacib məqamlardan biri də budur ki, bu, Amerikanın əvvəlki prezidenti Barak Obama administrasiyasının 2014-cü ildən bəri Rusiyanın təcridi fonunda ABŞ-la Rusiya arasında ilk şəxsi görüşdür.

Eləcə də, bu, ABŞ-la Rusiya arasında Donald Trampın Birləşmiş Ştatların prezidenti olduğu müddətdən bəri ilk yüksəksəviyəli görüşdür.

Bununla yanaşı, hazırda dünyanın əsas güc mərkəzləri hesab edilən Rusiya-ABŞ formatında keçirilən dialoqun yerinin məhz Azərbaycanda keçirilməsi də çox əhəmiyyətli faktdır.

Belə bir sual meydana çıxır: bu görüşün dünyanın istənilən ölkəsində təşkil edilməsi üçün kifayət qədər yer olduğu halda, nə üçün məhz Azərbaycan?

Nümunə üçün, generallar Danford və Gerasimovun görüş yeri ilə bağlı The New York Times qeyd edir ki, tərəflərin razılığa gəlməsi asan deyildi. Belə ki, Moskva görüşün Rusiya və ya Belorusda, Amerikla isə Qərbi Avropada keçirilməsini təklif edirdi.

Lakin Qərbi Avropa görüşün baş tutumasını onunla çətinləşirdi ki, Avropa İttifaqı Gerasimovun ölkədən çıxışına qadağa qoymuşdu. Belə ki, o Uraynanın şərqində keçirilən hərbi əməliyyatlarda iştirakda ittiham edilir.

Nəticədə seçim Bakının üzərində qaldı. Belə ki, bura hər kəsi məmnun edən yeganə görüş yeridir.

Dünyaca mötəbər bir qəzetin yazdıqlarına əlavə olaraq, Danford və Gerasimovun görüş yeri  kimi Bakının seçilməsi ilə bağlı bir neçə dəlili qeyd etmək olar. Bu dəlilləri nəzərə almadan təbii ki, Azərbaycanda heç bir görüşün keçirilməsindən söhbət belə gedə bilməzdi. 

İlk növbədə bu, əlbəttə ki, təhlükəsizlikdir.

Hər kəsə yaxşı məlumdur ki, ABŞ bu faktora çox böyük önəm verir. Eləcə də Azərbaycanın ABŞ-ın tarixi rəqibləri – Rusiya və İranla sərhəddə olması da maraqlı seçimdir. Deməli, Amerikanın bu barədə narahatlığı yoxdur. Haqlı olaraq. Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilir.

Bakının görüş yeri seçilməsinin ikinci məqamını kimi əminliklə qeyd etmək olar ki, bu, Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət yürütməsidir. Azərbaycan istər Qərb, istərsə də Şərq bloku ölkələri ilə eynidərəcəli əməkdaşlıq edir.

Bakını apardığı xarici siyasətdən danışarkən, Danford və Gerasimovun görüş yerinin  təyin edilməsilə bağlı üçüncü vacib məqama toxunuruq.

Söhbət Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuzdan gedir. Məlum olduğu kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilmiş və bu qurumda iki illik fəaliyyəti dövründə öz missiyasını və vəzifələrini uğurla yerinə yetirib.

Eləcə də, Azərbaycanın dünyada sülhyaratma prosesində fəal iştirak etməsi, səmərəli təklif və təşəbbüslərlə çıxış etməsi, öz praktiki fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verməsi, iri regional enerji və nəqliyyat layihələrinin təşəbbüskarçısı, Avropanı enerji təhlükəsizliyilə təmin etməsi, Rusiya ilə Türkiyənin barışmasında Bakının səyləri, mədəniyyətlərarası və dinlərarası dialoqa töhfəsi də bu nüfuzun qazanmasında böyük əhəmiyyət kəsb edir.

Bütün bu sadalanan faktorların cəmi Danford-Gerasimov görüşünün keçirilməsi üçün Azərbaycanı ən yaxşı yer etdi. Şübhəsiz ki, bu görüş ölkəmizin nüfuzu üçün müsbət məqam kimi qiymətləndiriləcək. Eləcə də Azərbaycanı beynəlxalq aləmin daha da möhkəmlənməsi üçün bir məkan kimi tanıtmağa imkan yaradacaq.

Bu mövzu ilə bağlı 1news.az-a azərbaycanlı politoloq İlqar Verdizadə verdiyi müsahibədə bildirib: 

“ABŞ və Rusiyanın öz hərbi struktur rəhbərlərinin görüşünün məhz paytaxtımızda keçirməsi çox şeyi ifadə edir”.

O, ehtimal edir ki, bu görüşün iki aparıcı münaqişə ocaqlarının yaxınlığında keçirilməsi – Ukrayna və Suriyada planlaşdırılırdı. Ekspert hesab edir ki, regionlardan heç biri Azərbaycan qədər buna uyğun deyil:

“Bakı nə NATO-nun, nə də KTMT-nın üzvü deyil. Və bu faktor tərəflərin görüş yeri seçilməsi ilə bağlı qəbul etdikləri qərara təsirini göstərib. Bakı birbaşa olaq hərbi-siyasi mənada bu güc mərkəzlərindən uzaqdadır.

Digər tərəfdən də, burada əlverişli infrastruktur, rahat kommunikasiya var. Eləcə də ictimai-siyasi, hərbi-siyasi məqam da burada böyük rol oynayır”.

Politoloqun fikrincə, qərar qəbul edən ölkələrlə danışıqlara gələn dövlətrlər arasında etimad əlaqələrini olması da əhəmiyətli faktordur:

“Bügünkü görüşün Bakıda keçirilməsi ABŞ-la Azərbaycan arasında nəinki iqtisadi maraqların, eləcə də siyasi maraqların mövcudluğunun bariz nümunəsidir”.

1news.az

Paylaş:
915

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər