Rusiya Avropanın birliyinə hədədir: real qorxular və ya kök salmış stereotiplər? | 1news.az | Xəbərlər
Siyasət

Rusiya Avropanın birliyinə hədədir: real qorxular və ya kök salmış stereotiplər?

16:10 - 20 / 02 / 2017
Rusiya Avropanın birliyinə hədədir: real qorxular və ya kök salmış stereotiplər?

Rusiyanın ABŞ-da keçirilmiş prezident seçkilərinin nəticələrilə bağlı yayılmış söz-söhbətlər sakitləşmədən, Rusiyanın kiberhücumlar hesabına Avropadakı seçkilərin nəticələrinə təsir edəcəyilə bağlı yeni dəlillər meydana çıxıb.

ABŞ Rusiyanı Demokratlar partiyasının serverinə Hillari Klintonu etibardan salmaq məqsədilə kiberhücum etməkdə, eləcə də Rusiya Xüsusi Xidməti ilə qələbə qazanmış Donald Trampla əlaqələrdə ittiham edirdi.

Birləmiş Ştatlardan sonra belə həyəcan təbili Avropada çalındı. Ötən həftə Fransada prezident seçkilərində sabiq iqtisadiyyat naziri Emmanuel Makronu təqdim edəcək seçki qərargahı Rusiyanı kiberhücumlarda ittiham etdi.

Qərargahda bəyan etdilər ki, Rusiya “Milli cəbhədən” olan namizədi Marin Le Pen və Respublikaçılardan Fransua Fiyonun qələbəsində maraqlıdır.

“İrəli! (Вперед!) partiyasının nümayəndəsi Rişar Ferran Rusiyanın kütləvi informasiya vasitələri - Russia Today telekanalı və Sputnik agentliyini yalan xəbələr yaymaqda ittiham etdi. O, əminliyini bildirib ki, Rusiya güclü və qüdrətli Avropa tərəfdarı olmayan namizədlərinə iltifat edir. 

Belə deyək ki, “hibrid müharibə” və Rusiya tərəfindən dezinformasiya kampaniyası ilə bağlı fikirləri bir çox avropalı liderlər bəyan ediblər. Xüsusən də, Böyük Britaniyanın Mühafizəkarlar partiyasının lideri Devid Lidinqton qeyd edib ki, Rusiya uzun illər “dezinformasiyanın müxtəlif və yaxşı itilənmiş taktikalarını” tətbiq edir.

Qərbdə “hibrid müharibə” termini belə deyək ki, “Gerasimovun doktirnası” əsasında geniş vüsət alıb. Sözün müəllifi 2013-cü ilin fevralında Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Hərb Elmləri Akademisyasında Rusiyanın hibrid müharibə zamanı istifadə edəcəyi proqramın işlənib hazırlanmasının vacibliyi ilə bağlı hesabatında yer alıb.

Rusiya dezinformasiya kampaniyası və Qərbdəki seçkilərin nəticələrinə təsirlə bağlı bütün ittihamları, eləcə də “hibrid müharibə” teminini təkzib edir.

Cümə axşamı Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin kolleqa iclası zamanı bəyan edib:

“Bizi qarşıdurmaya təhrik edirlər, daxili işimizə qarışaraq Rusiyanın özü ilə ictimai-siyasi stabilliyi pozmaq məqsədini güdürlər”.

Bununla yanaşı, Qərb siyasətçiləri Rusiya təhdidiylə (həqiqi və ya xəyali) mübarizəyə böyük əhəmiyyət vermərəyərək populyarlıq qazanırlar. Belə ki, ötən ilin noyabrında ABŞ-da prezident seçkilərinin qalibi olmuş Donald Tramp, sağçı fransız siyasətçi Mari Le Pen isə Fransadakı prezident seçkilərinin favoritlərindən sayılır.

Həqiqətən də Avropa cəmiyyəti Rusiya təhdidlərindən yorulubmu? Rusiya qorxuları şişirdilib yoxsa əsaslandırılmışdır? Avropada hansı siyasi liderəri görmək istəyirlər?

Bu suallarla 1news.az azərbaycanlı və avropalı siyasi analitiklərə üz tutub:

Rusiya mövzusu Qərb cəmiyyətinin daxili siyasət müzakirəsində göründüyü kimi prioritet yer tutumur.

Bu fikirləri azərbaycanlı politoloq İlqar Vəlizadə bildirib:

“Bəli, həhiqətən də rus KİV-i Qərb siyasətçilərinin Rusiya ilə bağlı sitat və bəynatlarını dəfələrlə vurğulayırlar. Bundan çıxış edərək bu mövzunun prioritet yer tutduğunu söyləmək olar. Lakin sizi əmin edirəm ki, bu, belə deyil. Rusiya mövzusu bir çox Qərb cəmiyyətinin qarşılaşdığı terrorizm, miqrasiya və s. deyil, daha çox çağırış və hədələr fonunda səslənir”.  

Verdizadə bildirib ki, əvvəlki liberal ideya və şüarlar yeni şərtlərlə başqa cür səslənir: əvvəlki mücərrəd məqsəd və fərziyyəyə əsaslanan təhlükələr konkretləşərək daha anlaşılan və cəmiyyətin tələblərinə uyğun dəyişdirilir:

“Putin Qərb seçicisinin qarşısında heç bir maneələrə baxmayaraq öz istəkləirnə çatan “maço” obrazında görünür. Buna görə də bir çox yeni formasiyalı avropalı siyasətçilər onunla “iş görmək” məsələsini çağırışı kimi qəbul edir”.

Brüsseldə CEPS Avropa Siyasi araşdırmalar mərkəzinin xarici siyasət üzrə eksperti Maykl Emersonun sözlərinə görə, Putinin siyasətini neofaşasitlərə yaxın avropalı siyasətçi partiyalar dəstəkləyir:

“Beynəlxalq münasibətlərdə maraqlı olan bir çox avropalılar Putini Rusiyanın çar ənələrinə sadiq güclü lider kimi görürlər. Özümüz üçün bunu arzulamırıq. Rusiyanın istər xarici, istərsə də daxili siyasəti “həyasız və qəddardır”. Belə ki, o bütün üsullardan istifadə edərək Avropa Birliyini zəiflətməyə çalışır”.

Həmçinin Emerson qeyd edir ki, ruslarla şəxsi və dövlət səviyyəsində münasibətləri aydın ayırır:

“Avropalılar SSR-inin süqutundan sonra son 25 ildə Rusiyanı çox yaxşı tanıdı. Bir çoxlarının ruslarla dərin dostluq bağları var. Bir çox ruslar öz istedad və dərin mədəniyyətidən zövq alır. Lakin şəxsiyyətlərarası və dövlətlər arası münasibərləri aydın ayırd etmək lazımdır. Hətta birincilər yaxşı olsalar da, ikincilər isə acınacaqlı vəziyyətdədirlər. Belə ki, Rusiya dövlət olaraq Avropa siyasi dəyələrinin məhv olması üçün bütün mümkün imkanlardan istifadə edir”.

Xülasə olaraq nəticə çıxarmaq olar ki, avropalıların qorxusu əsassız deyil.

Rusiya izi həqiqətən də Avropa siyasətində izlənilir. Təsadüfi deyil ki, son zamanlar bir çox avropalı siyasətçilərin Rusiya mənbələri ilə maliyyə əlaqələrilə bağlı məlumatları tez-tez eşitmək olar.

Məlum olduğu kimi, məhz Qərb ölkələri  üçüncü ölkələrdəki siyasi vəziyyətə maliyyə mənbələri kimi təsir etmək metodlarını fəal surətdə istifadə edirlər. Avropa və Amerika qurumları tərəfindən ayrılmış milyonlarla qrantlar dünyanın siyasi xətirəsinə təsir edən əhəmiyyətli amildir.

Beləliklə demək olar ki, Avropa məsələsində “bumeranq prinsipi” artıq işə düşüb.

1news.az

Paylaş:
733

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər