Hərbi Prokurorluqda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı elmi-praktik konfrans keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi Prokurorluqda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı elmi-praktik konfrans keçirilib

14:26 - 22 / 02 / 2017
Hərbi Prokurorluqda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı elmi-praktik konfrans keçirilib

Bu gün Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı elmi-praktik konfrans keçirilib.

1news.az-ın məlumatına görə, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) ilə birgə təşkil olunan konfransdan öncə tədbir iştirakçıları Prokurorluqda yaradılan Memorial Soyqırım Muzeyi ilə tanış olublar.

Hər Prokurorluğun Kadrlar və hüquqi təminat şöbəsinin prokuroru Vüsal Əliyev tədbir iştirakçılarına muzeydə saxlanılan eksponatlar, eləcə də Xocalı soyqırımını əks etdirən tarixi sənədlər, fotoşəkillər barədə məlumat verib.

Tədbirin başlamasından öncə Xocalı soyqırımı qurbanları bir dəqiqləik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan baş prokurorun müavini, Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev Xocalı faciəsi barədə geniş məlumat verərək xalqımızın başına gələn faciələrdə özümüzün də günahkar olduğumuzu bildirib:

“Ermənilər Azərbaycana ilk dəfə 1441-ci ildə Qaraqoyunlu dövlətinin vaxtında gətirilib. 1813 və 1828-ci illərdə imzalanana “Gülüstan” və “Türkmənçay” müqavilələri ilə Azərbaycan iki hissəyə bölünüb. Sonradan Şimali Azərbaycanın torpaqlarının böyük bir hissəsi Rusiya, Gürcüstan və Ermənistan arasında bölüşdürülüb”.

Xocalı soyqırımının istintaqı zamanı bəzi istintaq materiallarının yoxa çıxdığını deyən hərbi prokuror sonradan onların əksəriyyətinin bərpa olunduğunu diqqətə çatdırıb.

X.Vəliyev Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində görülən işləri xüsus qeyd edərək, azərbaycanlılara qarşı misli görülməyən cinayətlər törətmiş erməni canilərinin cinayət məsuliyyətinə cəlb ediləcəkləri günün uzaqda olmadığını vurğulayıb.

MQF prezidenti Rauf Zeyni son zamanlar Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində görülən işlərdən danışaraq, artıq bu sahədə ciddi uğurlar qazanıldığını deyib.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” kampaniyası və digər tədbirlər sayəsində artıq bəzi ölkələr Xocalı soyqırımını tanıyıblar.

Bununla belə erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində fəaliyyətin gücləndirilməsinin vacibliyini qeyd edən R.Zeyni veynəlxalq ictinai rəyin dəyişməsi baxımından bunun zəruri olduğunu söyləyib.

Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Ülvi Əhmədov, MQF-nin vitse-prezidenti, tarix elmləri üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev və MQF-nin idarə heyətinin sədri Qorxmaz İbrahimli də çıxışlarında Xocalı soyqırımı haqqında fikirlərini bildirməklə yanaşı, ermənilərin xalqımızın başına gətirdkləri müsibətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səylərin gücləndirilməsinin zəruriliyini vurğulayıblar.

Çıxışlardan sonra “Soyqırım muzeyi” kitabının təqdimatı keçirilib. Daha sonra isə Hərbi Prokurorluq tərəfindən hazırlanmış “Əsrin faciəsi” adlı rəqəmsal video disklər və slaydlar nümayiş olunub.

1news.az

 

Paylaş:
857

Son xəbərlər

1987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28
Bütün xəbərlər