Mübariz Əhmədoğlu: Lavrov və Uorlik Sarkisyanın lobbiçiliyi ilə məşğuldurlar | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Lavrov və Uorlik Sarkisyanın lobbiçiliyi ilə məşğuldurlar

12:34 - 10 / 03 / 2017
Mübariz Əhmədoğlu: Lavrov və Uorlik Sarkisyanın lobbiçiliyi ilə məşğuldurlar

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycanın xarici İşlər naziri Elmar Məmmədyarovla görüşdə Dağlıq Qarabağın statusunun müəyyən olunması şərti ilə Dağlıq Qarabağın ətrafındakı ərazilərin Azərbaycana qaytarılması məsələsini aktuallaşdırdı.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Rusiya XİN başçısının Dağlıq Qarabağda yaşayan əhalinin, yəni, indiki halda ermənilərin rəyinin nəzərə alınmasını xüsusi vurğulamasına diqqət çəkən politoloqun sözlərinə görə, Lavrovun bu bəyanatında iki diqqət çəkən məsələ var:

Birincisi, Lavrov Dağlıq Qarabağ ətrafındakı əraziləri işğal olunmuş ərazilər adlandırmadı. Əvvəl o bu əraziləri işğal olunmuş ərazilər adlandırmışdı.

İkincisi, statusun müəyyən olunmasında Lavrov heç vaxt “yaşayan əhalinin” rəyinin nəzərə alınması fikrini işlətməmişdi. İlk dəfə bu fikri işlətdi. Beləliklə Lavrovun son mövqeyində olan dəyişikliklərin hər ikisi Ermənistanın xeyrinədir. Azərbaycanın bir nömrəli diplomatı E.Məmmədyarov Rusiyanın bir nömrəli diplomatının fikrini məhz bu qaydada dünya ictimaiyyəti üçün deşifrə etdi: Dağlıq Qarabağ tənzimlənməsi barədə danışıqlar dondurulub, danışıqlar Ermənistanda aprel ayında keçiriləcək parlament seçkilərindən sonra davam etdiriləcək”.  

Amerikalı keçmiş həmsədr Ceyms Uorlikin aktivləşdiyini deyən M.Əhmədoğlu bildirib ki, vasitəçilik missiyasının müddəti bitməmişdən əvvəl  bu missiyadan təcili uzaqlaşmağa çalışan Uorlik yenidən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqe nümayiş etdirməyə başladı. Bəlli oldu ki, dekabr ayında Uorlik həmsədrlikdən gedərkən stolun üstündə çox maraqlı bir təklif olub. Bu təklif dinc danışıqlarda müzakirələrə ciddi stimul yarada biləcək gücdə imiş. Bu təklifin reallaşacağı təqdirdə hətta Ermənistan cəmiyyətinin əsası dəyişəcəkmiş:

“İstər-istəməz ağıla gələn ilk fikir odur ki, Ermənistan cəmiyyəti monoetnik cəmiyyətdir və monoetnik cəmiyyətin əsasının dəyişməsi dedikdə bu cəmiyyətin polietnik, polikonfessional cəmiyyətə çevrilməsi başa düşülə bilər. Ermənistan SSRİ-nin son illərində öz ərazisindən azərbaycanlıları, rusları, və digər qeyri-millətləri qovub çıxarmaqla faktiki olaraq monoetnik və monokonfessional cəmiyyətə çevrildi. Vaxtı ilə Ermənistandan qovulmuş azərbaycanlılar indi Ermənistana qayıdarsa deməli, Ermənistan cəmiyyəti polietnik və polikonfessional cəmiyyətə çevrilir.

Uorlik amerikan diplomatıdır, Amerika vətəndaşıdır və təbii ki, onun dünyagörüşünü standarta yaxın dünyagörüşü hesab etmək mümkündür. Ona görə də belə dedi. Amma onun aktivləşməsi məhz S.Sarkisyanın diktəsi ilə olduğu üçün dərhal da o mövqeyini dəyişdi. Yenidən Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı müsahibə verdi. Amma budəfəki müsahibədə Ermənistan cəmiyyətinin əsasının dəyişməsi haqda fikri işlətmədi. Yəni, nəinki azərbaycanlıların Dağlıq Qarabağa qayıtması, hətta azərbaycanlıların Ermənistan respublikasına qayıtması da S.Sarkisyanın planlarına ziddir. Çünki irqçidir, faşistdir”.

Politoloqun sözlərinə görə, vaxtilə azərbaycanlıların və ermənilərin Dağlıq Qarabağda birgə yaşayışını vurğulayan Uorlik indi bu ideyanı yaxın buraxmır. S.Lavrov və C.Uorliki xalqların deportasiyasını adi hala çevirmiş Stalinin müasir davamçıları adlandıran M.Əhmədoğlu qeyd edib ki, ən azı Dağlıq Qarabağdan azərbaycanlıların deportasiyasını görməmək, dolayısı yolla bu deportasiyaya haqq qazandırmaq bunu deməyə əsas verir.

Politoloq Uorlik və Lavrovun parlament seçkiləri kampaniyasında S.Sarkisyanın xeyrinə lobbiçilik etdiklərini xüsusi qeyd edib:

“S.Sarkisyan başa düşür ki, başlanmış parlament seçkiləri kampaniyasında ən həlledici məsələ məhz Dağlıq Qarabağ məsələsidir. Qeydiyyatdan keçmiş 9 blok və partiya ilk çıxışlarında diqqəti Dağlıq Qarabağ məsələsi üzərində kökləyiblər. Ona görə S.Sarkisyan özünün lobbiçilərini qabağa çıxarmağa məcbur oldu. Birinci qabağa çıxan Uorlik oldu. Amma ən güclü,  ciddi lobbiçi isə Lavrov imiş.

Aldadılan Ermənistan cəmiyyəti aldatmaq istəyən isə prezident S.Sarkisyandır. C.Uorlikin ABŞ-da fəaliyyət göstərən Rusiya şirkətində iş tapması məhz S.Sarkisyanın hesabına olması sübut olunur. Ciddi şirkət əməkdaşına digər sahəyə müdaxilə etməyə icazə vermir. Bəlkə də S.Sarkisyan ABŞ-a son səfəri zamanı ermənilərdən casusluq elementi kimi istifadə olunmasının mümkünlüyünü dilə gətirəndə məhz elə bəlkə də bunu nəzərdə tuturmuş. İndiki misalda ABŞ-dakı Rusiya şirkəti ABŞ-dakı erməniləri öz xeyirlərinə casusluğa cəlb ediblər. Uorlikin özünü həmin o ermənilərdən biri hesab etmək olar”.

1news.az

Paylaş:
564

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər