Möhtəşəm qalmaqal: Nə üçün Türkiyə ilə Hollandiya mübahisə etdi?
İtlər və atlı polis, dəyənək və təzyiqli su, səfirlikdə bayrağın cırılması və qarşılıqlı təhdilər – Ankara və Amsterdam arasında möhtəşəm diplomatik qalmaqal yarandı.
Krallıq hakimiyyəti “təhlükəsizlik qaydalarına görə” Türkiyə nazirlərini ölkəyə daxil olmağa imkan vermədi. Türkiyəli nazirlər bu ölkənin parlament idarə sistemindən prezident respublikasına keçidi nəzərdə tutan referendum ərəfəsində Hollandiyada yaşayan həmvətənliləri qarşısında çıxış etmək niyyətində idilər.
Qarşıdurma
Qəfil baş verən qarşıdurma dayanmadan böyüməyə başladı: ilk olaraq Niderland hakimiyyəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsini eniş etməyə, daha sonra isə Türkiyənin ailə və sosial siyasət işləri üzrə naziri Fatma Betül Sayan Kayanın Rotterdam şəhərinə Almaniyadan şəxsi avtobili ilə ölkəyə gəlişinə icazə vermədi.
Holland polisi Baş Konsulluğa girişi qadağan edərək nazirin mühafizəçilərini saxladılar, avtomobilin evakuasiya edilməsilə hədələyərək nazir xanımın maşından çıxmasını tələb ediblər. Kaya maşını tərk etmək məcburiyyətində qalaraq ölkədən Almaniyaya qayıdıb.
Hadisələr sayılı saniyələrdə böyük qalmaqala çevrildi. Şənbə gecəsindən bazar gününə qədər Rotterdamda yaşayan etnik türklərlə (Hollandiyada 250 min türk yaşayır) polis arasında qarşıdurma yaşanıb.
Qarşıdurma zamanı 10 etirazçı, 6 nümayişçi saxlanılıb, eləcə də bir hüquq-mühafizə əməkdaşı yaralanıb. Bütün bunlar hər iki tərəfin kəskin bəyanatları, hətta təhdidləri ilə müşayiət olunurdu.
Niderland siyasətçiləri bəyan edib ki, onların ölkəsi – digər ölkələrin seçkiqabağı iclası üçün məkan deyil. Eləcə də onlar türk səfirinin qovulması və Ankaradan öz nümayəndəsinin cavabı haqqında danışıblar. Türk hökuməti isə bunlara cavab olaraq bildiriblər ki, Hollandiyanın hazırda ezamiyyətdə olan səfiri yaxşı olar ki, Türkiyəyə qayıtmasın və krallığı bütün diplomatik nümayəndəlikləri bağlanıb.
Bazar günü Hollandiyanın İstanbuldakı səfirliyi binasında etiraz əlaməti olaraq türk bayrağı qaldırlıb.
“Adi faşizm”
Baş verənlərlə bağlı Ankaranın reaksiyası son dərəcə kəskin oldu. Mövlud Çavuşoğlu hollandları “faşizm paytaxtı”, prezident Ərdoğan isə son baş verənləri – “islamofobiya, irqçilik və faşist metodu təzyiqi”nin bariz nümunəsi adlandırıb.
“Düşünürdüm ki, milliyətçiliyə qalib gəlinib, lakin yanıılmışam, millətçilik qərbdə yeni doğub”, - Türkiyənin dövlət başçısı qeyd edib.
Həmçinin Ərdoğan Qərbi Yaxın Şərqdəki bütün terrorçuları silahlandırmaqda ittiham edib:
“Ankarada silah təchizatı ilə bağlı, eləcə də bu ölkələrdən gətirilmiş uniforma geyinmiş terrorçuların fotoları var. Kimi aldadırsınız?”.
Bununla bərabər o, Fransaya “Almaniya və Hollnadiyanın oyununa baş qoşmadığı” üçün təşəkkürünü bildirib. Belə ki, Niderlandın imtinasından sonra Çavuşoğlunun təyyarəsi Fransanın Mec şəhərində eniş etməli olub. Burada yerli türklərlə nazirin görüşü də baş tutub.
İkili standart
Maraqlı detal: Türk hömumətinin nümayəndələrinə öz həmvətənlilərinə konstitutsiyaya dəyişiklikdən imtina etməsinə qadağan qoyan Amsterdam, Əsas qanunun mətninə düzəlişlərlə bağlı rəqiblərin təbliğat kampaniyasına mane olmayıb.
Niderland hökuməti Türkiyə parlamentinin AKP-dən olan sabiq deputat Əbdüllətif Şener, Vəkillər Palatasının rəhbəri Metin Feyzioğlu və axtarışda olan Xalq Demokratik Partiyasının kürdyönümlü deputatı Tuqba Xezer Öztürkün müvafiq çıxışlarına icazə veriblər.
Bu, ilk hadisə deyil. Belə ki, 5,5 milyon türkün yaşadığı əcnəbi ölkələr dəfələrlə Türkiyə rəsmilərinə konstitusiya dəyişikliklə bağlı təbliğat aparılmasına mane olublar.
Daha əvvəl Avstriya, Almaniya və İsveçrə də Türkiyənin rəsmi nümayəndələrinin bu öklələrdə yaşayan vətəndaşları qarşısında çıxışına mane olmuşdu. Danimarkanın baş naziri Lars Lökke Rasmussen türk həmkarı Binəli Yıldırımla görüşü təxirə salmışdı. Baş nazir bəyan etmişdi ki, Türkiyənin demokratik prinsipləri “yüksək təzyiqlərə məruz qalır”.
Bazar günü İsveçrədə Ərdoğan tərəfləri ilə nazirin görüş nəzərdə tutulmuşdu. Lakin ölkə bu görüşün təhlükəsizlik tədbirləri səbəbindən təxirə salınması bəyan etmişdi. Ədalət xatirinə qeyd edək ki, İsveç XİN-i bildirib ki, qərarı mitinqin keçiriləcəyi stadionun sahibi verib və aksiya digər meydanda baş tuta bilər.
Avropa Birliyinin (AB) mövqeyinə gəlincə bunu Qonşuluq və genişləndirmə siyasəti üzrə komissar Yohannes Xan səsləndirib. Onun sözlərinə görə, AB Ankaraya açıq surətdə bildirib ki, “hadisələrin mənfi inkişafı dövlət çevrilişinə cəhddən sonra başlayıb, bu da Avropa Birliyinin standartlarına uyğun deyil.
Həmçinin o qeyd edib ki, AB Türkiyənin avrointeqrasiyası ilə bağlı layihələrin maliyyələşməsində ixtisarlar edilib. Belə ki, 2014-2020-ci illər üçün Türkiyəyə 4,45 milyard avro ayrılması nəzərdə tutulmuşdusa, lakin faktiki olaraq 167,3 milyon avro ödənilib.
Etibarın devalvasiyası
Bütün bunların arxasında birmənalı olaraq Türkiyəyə, bu ölkənin siyasi elit təbəqəsinə qarşı münasibət dayanır.
Bunu azərbaycanlı siyasətçi İlqar Vəlizadə bildirib.
Onun sözlərinə görə, hər şeydən öncə hazırda Avropanın siyasi yönümü digər ölkələrə qarşı islamofobiya tendesiyaları ilə təyin edilir:
“Türkiyə bir növ həm Avropaya, həm də İslam ölkələrinə yaxın, eləcə də Avropa Birliyinə üzv olmağa çalışan müsəlman ölkəsidir. Beləliklə, onlar Türkiyəni nəinki Avropa ailəsində görmürlər, hətta onu düşmən dövlət kimi qəbul edilər. Bunu başqa cür necə izah etmək olar?”.
Həmçinin politoloq qeyd edib ki, hazırda bir sıra Avropa ölkələri seçkiqabağı kampaniyalara görə çox naharatdır:
“Siyasi məqsədlərlə bu istiqaməti istismar etməklə bu ölkələr nəinki özlərini göstərir, eləcə də həssas vəziyyətin əsirinə çevrilirlər”.
Türkiyə ilə AB arasında imzalanmış miqrasiya ilə bağlı razılaşmanı xatırladan İ.Vəlizadə qeyd edib ki, Ankara öz üzərinə götürdüyü özhədlikləri aydın şəkildə icra edir:
“Yaranmış hadisədə Türkiyənin tərəfdaş olaraq dəstəyinə inanmaq çətin olacaq. Faktiki olaraq bu siyasi darələr öz xalqlarını və öz dövlətlərini təmsil edirlər. Bununla da Ankaranı avropalıların miqrasiya böhranını tənzimləyən köməyindən yayınmağa təhrik edirlər.
Əgər sabah Türkiyə kənara çəkilərsə, Avropa miqrasiya axını ilə təkbətək qalacaq. Avropalı siyasətçilər Türkiyəni qiymətləndirmir. Beləki onlar bu ölkəni “ikinci növ” hesab edirlər. Bu, yolverilməzdir. Hazırki vəziyyətdə söhbət beynəlxalq konvensiyalarda göstərilmiş, hüquqi rəsmi şəxslərdən gedir. Bu hərəkətlər heç bir məntiqi izaha uyğun deyil”.
Həmçinin politoloq vurğulayıb ki, Avropada qondarma “erməni soyqırımı” və Türkiyədə referendum rəqiblərinin aksiya keçirməsi məsələsini sakit şəkildə həll edirlər:
“Bu, ikili standartlar deyil, bu daha bərbaddır. Bu, ikiüzlülükdür”.
Onun fikirlərinə görə, bu hadisələr sonda Ankaranın bir sıra Avropa dövlətləri ilə, eləcə də AB ilə münasibətlərin hərtətəfli korlanmasına gətitib çıxara bilər:
“Nəzərə alsaq ki, Türkiyə hazırda Avropa üçün beynəlxalq enerji qovşağıdır, o zaman avropalıların bu hərəkəti bu habın fəaliyyətini sual altına qoyur. Və etibarın devalvasiyası bütün Avropaya mənfi təsir göstərə bilər”.
Yaranmış münaqişənin Türkiyə ilə Avropa Birliyi arasında uzadılmış böhrana çevriləcəyini zaman göstərəcək. Lakin indidən də aydın görünür ki, Avropada “antiərdoğan” kampaniyası aktiv surətdə aparılır. Sadəcə olaraq Hollandiyada baş verənlər bunun kulminasiya nöqtəsi oldu.
1news.az