Ermənilər İrəvanı özlərinə məskən seçərkən məqsədləri heç də sadəcə oranı tutmaq deyildi
Məqsədin aliliyi insanın çata biləcəyi zirvələrin ən yüksəyini ona təqdim edir. Çatmaq istədiyimiz zirvə nə qədər yüksəkdirsə ona çatmasaq belə, ona çatmaq istəyi bizə başqa zirvələri fəth etməyi təmin edəcək. Belə ki, həmin yüksək zirvəyə çatmaq üçün bir neçə ona nisbətən kiçik zirvələri aşmalı olacaqağıq.
Bu gün Azərbaycan xalqının bir problemi var. Bu problemin nə qədər kiçik və ya böyük olması fərqli yanaşmalara görə dəyişir. Əslinə baxdıqda isə bunun bizim üçün elə də fərqinin olmadığını müəyyən mənada qəbul edə bilərik. Axı problemin bir məqsədi var: bizim yolumuzda maneə yaratmaq. Bu yola davam etmək üçün qarşımıza çıxan problemi kiçik və ya böyük olmasından asılı olmayaraq həll etməliyik. Deyə bilmərik ki, bu problem kiçikdir bu qalsın. Sonradan bu kiçik problem bədənə düşmüş kiçik virus kimi çirk edərək daha böyük problemlər yaradacaq. Necə ki, yaxın tarixdə belə problemlərə göz yumaraq bu gün başımızı Qarabağ boyda irinləmiş yaraya mübtəla etmişik. Yekunda, Allah qorusun (!) qorxuram bu yaradan xilas olmaq üçün amputasiyaya ehtiyac olsun. Bu gün problemin nə qədər böyük olduğunu dərk edirik. Lakin bunu vaxtında, problemin kiçik olduğunu zənn etdiyimiz zaman dərk etməliydik.
İndi isə başqa bir baxış tərziylə mövzuya yanaşaq. Burda qeyd etmək istədiyim odur ki, ümumiyyətlə problemi “kiçik- böyük” olaraq təsnifatlandırmağımız qorxudan və gələcəkdə baş verə biləcək mənfi hallarda özümüzə bəhanə üçün “ayaq yeri” hazırlamağımızdan qaynaqlanır. Günahı qismən üzərimizdən atmaq, nisbətən haqlı çıxmağımızın təminatı da deyə bilərik buna. Kiçik haşiyəyə çıxaraq bildirmək istərdim ki, mənfi bir halla üzləşdikdə günahı (hadisənin baş vermə səbəbini) başqasında yox, özündə axtaran istədiyi nəticəni əldə edir.
Burda bir məsələ var; bizi vurmaq üçün əl uzanıb və məsələnin mühümmiyəti uzanan əlin kiçik və ya böyük olması deyil, məqsədidir. Bu halda atacağımız addım bəllidir: həmin əllə mübarizə aparmaq və bunun üçündə bütün gücümüzdən sonuna qədər istifadə etməkdir. Digər baxış tərziylə -“kiçik-böyük” münasibətiylə məsələyə müdaxilə etməyə çalışsaq, yəqin ki ilk atacağımız addım üzərimizə gələnin böyük yoxsa kiçik olmasını analiz etmək olacaq. Analiz etmək yaxşıdır, lakin bu şəkildə deyil. Analiz o vaxt yaxşı olur ki, biz rəqibimizlə mübarizə aparmağa qərar veririk, daha sonra “analiz” vasitəsilə rəqiblə mübarizə taktikamızı hazırlayırıq.
“Kiçik-böyük” münasibətilə yanaşdıqda ilk olaraq qarşımıza seçim qoymuş oluruq: mübarizə aparmaq, qarşı tərəfin niyyətini dinləyib ortaq nəticəyə gəlmək (güzəşt) və ya təslim olmaq (daha da çox ola bilər). Bu seçim ən yaxşı halda birinci yox ikinci mərhələdə qarşımıza çıxacaq. İlkin –analiz mərhələsindən gəldiyimiz nəticəyə əsasən ilk mərhələdə qarşımıza çıxmayan seçim qarşımıza çıxır: uzanan əl kiçikdirsə mübarizə aparırıq(ən yaxşı halda), böyükdürsə ya mübarizə aparırıq, ya da təslim oluruq (xanlıqlar dövrü), ya da ki, ayaqlarımızı qatlayıb qarnımıza sıxıb, əllərimizlə üzümüzü tutub maksimum az ziyanla canımızı qurtarmağa çalışırıq. Bütün bunlar gizlində, bəlkədə aşkarda olan qorxudan qaynaqlanır. Atalarsa bu məsələyədə öz münasibətini bildirib: “qorxan gözə çöp düşər”. Bu yerdə bəziləri deyə bilər ki Atalar başqa sözlərdə deyib. Bildirmək istərdim ki, dərindən araşdırsaq ataların dedikləri arasında ziddiyyət yoxdur. Yekun nəticədə eyni mənanı ifadə edir. Nəysə Atalarla işim yox. Psixologiyaya müraciət etdikdə isə görürük ki, qorxunun yaratdığı təlaşdan və çaşqınlıqdan nəinki edə biləcəklərini etməmək, hətta heç bir zaman etməyəcəyini düşündüyü şeyləri etmək kimi daha bərbad nəticələrə də gətirib çıxara bilir ( 1-ci Qarabağ savaşı).
Ümumi olaraq belə nəticəyə gəlirik ki, problemin böyük yoxsa kiçik olması mühüm deyil və ya ümumiyyətlə problemi bu cür təsnifatlandırmaq düzgün deyil. Problem yolumuza çıxan maneədir və biz bu maneəni aradan qaldırmalıyıq. Maraqlı məqam isə budur ki, biz hansı yoldayıq?! Ümumiyətlə hansısa bir yoldayıqmı?! Bu mühüm məsələdir. Çünki, qeyd etdik ki “problem” yolumuza çıxan maneədir. Əgər heç bir yolda deyiliksə onda bizə üz vermiş xoşagəlməz hadisə “problem” deyil “bəla”dır. Bu iki söz arasında ciddi fərqlər var. Mənim bildirmək istədiyim fərqlər sözlərin mənşəyində deyil. Gəlin mövzuya mənim aspektimdən yanaşaq: problem hansısa yola çıxdığımızda qarşımızda yaranan və ya yaradılan maneədir, bəla isə bizim mövcud vəziyyətimizi qoruyarkən bizə üz tutmuş xoşagəlməz hadisədir. El dili ilə desək “azacıq aşım, ağrımaz başım” siyasətini həyata keçirərkən bizə üz tutmuş “baş ağrısı”. İndi isə münasibətləri aydınlatmağa çalışaq. Qarabağ münaqişəsi problemdir yoxsa bəla? Bütün dediklərimizi bu “baş ağrısına” tətbiq etsək və münaqişə tarixinin inkişafına baxsaq görərik ki, Qarabağ münaqişəsi əvvəl problem olub, sonra isə bəlaya çevrilib. Fikrimizi daha da aydınlaşdıraq: tarixə nəzər yetirsək Qarabağ münaqişəsinin əslində başqa bir prosesin nəticəsi olduğunu görərik. Yəqin başa düşdünüz ki, söhbət, özlərini “erməni” adlandıran mənşəyi naməlum kütlənin “böyük ermənistan” xülyasından gedir. Fikrimcə bu prosesi “Qarabağ münaqişəsi” və ya digər bu kimi formalarda adlandırmaqla məsələni mahiyyətindən uzaqlaşdıraraq bir mənada niyyətlərinə çatıblar. Əslində isə bu münaqişəni “Qafqazda və yaxın şərqdə erməni xaosu” adlandırsaq mövzunu tamamilə və aydın şəkildə əhatə edə bilərik. Indi isə “Qafqazada və yaxın şərqdə erməni xaosunu” (bundan sonra məqalədə münaqişəni bu cür adlandıracağıq) niyə bizim üçün əvvəl problem sonra isə bəla kimi qəbul etməyimizin səbəbini açıqlamağa çalışaq. Yuxarıda qeyd etmişdik ki, problem hansısa yola çıxdığımız zaman qarşımıza çıxan maneədir. “Erməni xaosunun” aktuallaşmağa başladığı dövrə nəzər salsaq görərik ki, həmin dövrdə millət olaraq bir yolumuz var idi –müstəqil, suveren, demokratik və bütöv Azərbaycan naminə mübarizə aparmaq. Bu mübarizənin nəticəsi olaraq da Azərbaycan Xalq Cümhuriyyətinin və onun varisi olan Azərbaycan Respublikasının yaradılmasını göstərə bilərik. Həmin zaman kəsiyində “erməni xaosu” bu yolda qarşımıza çıxarılan problem(maneə) idi. Lakin AR yarandıqda az sonra mövcud vəziyyətimizi qorumaq -yəni ,“azacıq aşım, ağrımaz başım” siyasətinə keçdiyimiz andan artıq bu problem bizim bəlamıza çevrildi. Bəs bu bəladan canımızı necə qurtarmalıyıq? Sizlər də yaxşı bilirsiniz ki, erməni xaosunun yaranma prosesində böyük güclər bir başa iştirak edir. Daha aydın desək onların istəyi ilə yaradılıb. Qarabağın taleyidə elə həmin dünyanı idarə edən güclərin maraqlarına uyğun olaraq müəyyən ediləcək. Bu məqamda isə mənə görə biz iki halda Qarabağı işğaldan azad edə bilərik: -birincisi budur ki, bizim maraqlarımız Dünyanı idarə edən və Qarabağın taleyinin müəyyən olunmasında xüsusi çəkiyə malik güclərin maraqları ilə üst-üstə düşməlidir ki, bu da mümkünsüz görünür. Bunun üçün gərək biz milli, dövlət maraqlarımızdan əl çəkib həmin güclərin maraqlarına xidmət edib həmin güclərin protektaratlığına çevrilək; -ikincisi isə budur ki, Dünyanı idarə edən həmin gücün məhz biz olmağımız. Yəni biz elə bir güc olmalıyıq ki, Qarabağla bağlı istədiyimiz qərarı verək və kimsə bu qərara qarşı çıxa bilməsin. Bu isə çoxumuzun gözünə xəyal kimi görünür. Mövcud durumda isə ya bu yolu seçib mübarizəyə başlamalıyıq, ya da dəyən zərbə nəticəsində parçalanan yerlərimizə yas saxlayıb, yenidən qarnımızı-başımızı qucaqlayıb növbəti zərbələri gözləməliyik.
Bütün söylədiklərimin xülasəsi budur ki, biz şərəfimizlə mübarizəyə başlamalıyıq. Yol aldığmız zirvə isə çox yüksək olmalıdır, dünyadakı ən yüksək zirvə: Dünya gücü. Hazırda çox uzaq görünsədə bu məqam heçdə bizə yad deyil. Bunu görmək üçün sadəcə tarixə gözucu nəzər salmaq kifayətdir: Atilla, Bilge Xaqan, Çingiz Xan, Əmir Teymur, Şah İsmayıl, Fateh Sultan Mehmet, Mustafa Kamal Atatürk və.s. Bu siyahını uzatmaqda olar. Lakin mənə görə bu qədər də kifayət edər. Yuxarıda qeyd etdiyim kimi bütün gücümüzdən istifadə etməklə bu yolda mübarizəyə qalxsaq əminəm ki, çox böyük uğurlara imza ata bilərik. Rəqiblərimizin böyüklüyü bizim üçün heçnəyi dəyişməməlidir. Tarixdə buna çoxsaylı misallar var. Olardan ən məqbulu hazırda dünyanın ən güclü iki dövlətindən biri olan ABŞ-ı göstərmək olar. Amerikalılar çox zəif olduqları halda, heç nəyə qüdrəti çatmadığı zamanlarda böyük İngiltərə krallığına və qüdrətli Fransaya qarşı istiqlal mübarizəsinə qalxdı. Nəticə göz qarşısındadır. Yuxarıda qeyd etdiyim kimi məqsədin Aliliyi bizi maksimum dərəcədə yüksəyə qaldıracaq.
Məqaləyə başlayarkən qeyd etdiyim fikrə qayıdaq: “Mən Allah olmaq istəyirdim Şekspir oldum”. Müəllif qeyd etdiyi məqama çatma səbəbini məqsədinin bu qədər yüksək olmasında görür. Haqlıdırda! Əziz oxuculur sonda bu fikrə daha bir-iki misal gətirmək istəyirəm. Özüdə bizə qarşı istifadə edilən xəncərə sürtülmüş zəhərdən (qədimdə döyüş zamanı düşmənin maksimum itki verməsi üçün xəncərlərə zəhər sürtürdülər ki, xəncər yarası ölümcül olmasa belə zəhər onları öldürsün). O zəhər ki, hazırda bir parçamızın amputasiya (kəsilmə) edilməsi (İrəvan xanlığı) və bir parçamızında irinləyib istifadəsiz (sağalıb-sağalmayacağı sual altındadır) hala gəlməsi ilə nəticələnməsinə səbəb olmuşdur (Qarabağ). Yəqin anladınız ki misalı özlərini “erməni” adlandıran kütlədən gətirəcəm. Ilk olaraq onu misal gətirim ki, ermənilər İrəvanı özlərinə məskən seçərkən məqsədləri heçdə sadəcə oranı tutmaq deyildi. Onlar “böyük ermənistan” üçün yola çıxmışdılar. Onların işi əslindən çox çox çətin idi, çünki heç vaxt var olmayan bir şeyi yaratmağa çalışırdılar. Nəticədə tamda niyyətlərinə çata bilməsələr belə “Ermənistan” dövlətini yaratdılar. Allah ola bilmədilər amma Şekspir oldular. Ikinci olaraq onu misal gətirmək istəyirəm ki, ermənilər Qarabağı işğal etməyə başlayarkanda məqsədi Qarabağı tutmaq deyildi. Məqsəd, Bakıya, tələm-tələsik, gözlərinə görünən rənglərdən mənasız şəkildə hazırladıqları Ermənistan dövlətinin bayrağını sancmaq idi. Bəli erməni terrorist qrupları 1988-ci ildən faktiki olaraq Azərbaycanı bütövlükdə, Gürcüstanın isə (bildiyimiz qədərilə) cənubunu işğal etmək planlarını həyata keçirməyə başladı. Lakin Qarabağla kifayətlənməli oldular. Bu ifadəni yenə təkrarlayacam: bu dəfə də ermənilər Allah ola bilmədilər lakin Şekspir oldular.
Əzizlər! Qarabağın işğaldan azad edilməsi formulu da elə bu misallardadır. Sadəcə kiçik bir dəyişiklə: ermənilər Şekspir olub İrəvanı və Qarabağı işğal etdilər, biz isə Şekspir yox Allah olmalıyıq ki, torpaqlarımızı azad edə bilək!
Elnur Şirinzadə
Bakı Slavyan Universitetinin IV kurs tələbəsi