Mübariz Əhmədoğlu: Sərkisyan Qarabağ məğlubiyyətinin məsuliyyətini bölüşmək üçün şəriklərini seçdi | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Sərkisyan Qarabağ məğlubiyyətinin məsuliyyətini bölüşmək üçün şəriklərini seçdi

10:26 - 12 / 04 / 2017
Mübariz Əhmədoğlu: Sərkisyan Qarabağ məğlubiyyətinin məsuliyyətini bölüşmək üçün şəriklərini seçdi

Ermənistan parlament seçkilərinin ən böyük nəticəsi Ermənistanın prezidentli idarəçilik formasından parlament idarəçilik formasına keçməsi prosesinin başa çatması oldu. Ermənistan kimi dövlətlərdə prezident üsuli-idarəsi daha vacibdir.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistanda keçirilmiş seçkilərlə bağlı  xəbəri şərh edərkən bildirib:

“Parlament diskussiyaları müharibə olacağı təqdirdə baş nazirə ali baş komandan səlahiyyətinin verilməsini və ya yeni baş nazirin seçilməsini xeyli mürəkkəbləşdirə bilər. Prezidentli respublikada belə məsələlər əvvəlcədən bəlli olur. Ehtimali müharibədə S.Sərkisyanın əvvəlcədən məğlub yolunu seçməsi diqqəti çəkir.

İnvestisiya qıtlığı Ermənistanın ikinci ən böyük problemidir. Parlament debatları investisiya cəlbediciliyi prizmasından risk artıran parametrdir. Qafqaz kimi mürəkkəb regionda investoru maraqlandıran ən birinci məsələ sabitlikdir. Prezident üsuli-idarəsi parlament idarəçilik sisteminə nisbətən sabitliyi də asan təmin edir. Bütün bunlara baxmayaraq S.Sərkisyan parlament idarəçiliyini seçdi. Təsadüfi deyil. Çünki S.Sərkisyan Dağlıq Qarabağ məsələsini uduzduğunu dəqiq anlayıb. 2014-2015-ci illər Ermənistanın hərbi təxribatlarında yeni mərhələ yarandı. Ermənistanda KTMT və Rusiyanın müdafiəsinə inanırdılar.

Buna görə təxribatların böyük bir qismi Ermənistan-Azərbaycan dövlət sərhədində reallaşdırıldı. Hətta Rusiya vətəndaşı Vladiqafqaz (RF) qeydiyyatında olan Rusiya dövlət nömrə nişanlı iri həcmli yük avtomobili ilə dövlət sərhədində Azərbaycan hərbçilərinin gözü qarşısında təxribat hərəkətləri etdilər. Azərbaycan hərbçiləri bu yük avtomobilini zərərsizləşdirdilər. RF-dən heç bir reaksiya gəlmədi”.

Politoloq qeyd edib ki, 2014-cü ilin avqustunda dövlət sərhədində 8 erməni hərbçisinin ölümü ilə bağlı erməni təxribatı yaddan çıxmayıb:

“Ermənistan rəhbərliyinin digər inamı öz ordularının gücünə idi. İşğal olunmuş Azərbaycan ərazisində Ermənistana məxsus helikopterin vurulması Ermənistan rəhbərliyi üçün “soyuq duş” oldu. S.Sərkisyanın həm KTMT-yə, həm də öz ordusunun gücünə inamı sarsıldı. Məğlub olacağına inandı. Ona görə məğlubiyyətin məsuliyyətini bölüşmək üçün sistem yaratmağa başladı.

Ermənistanın hərbi təxribatlarına həm də ümumiləşdirilmiş cavab olan  2016-cı ilin aprel döyüşləri bir daha sübut etdi ki, S.Sərkisyanın ordusu və havadarları onun köməyinə çatmayacaq. Ona görə də fikrindən daşınmadı və prezidentli respublikanın parlamentli respublikasına çevrilməsi istiqamətində addımlarını daha da sürətləndirdi.

S.Sərkisyanın yaxından iştirakı ilə Ermənistanda 5 parlament, 3 referendum və 3 prezident seçkisi keçirilib. Bunlardan 9-da S.Sərkisyan birinci şəxs statusunda idi. Son parlament seçkilərinə nümayiş etdirdiyi yanaşma əvvəlkilərdən prinsipial fərqlənir: “Biz anlamalıyıq ki, aprelin 2-si oyun və ya sürətli danışanların müsabiqəsi deyil. Biz başa düşməliyik ki, aprelin 2-də biz binanın üstünə tullananları seçmirik. Biz xalqımızın mövcudluq hüququnun müdafiəçilərini seçirik. Biz atəş və hücum haqqında, o cümlədən zəruri halda geri çəkilmə haqqında əmr verənləri- bunu etməyə  kifayət qədər daxili gücü olanları seçirik”.

M.Əhmədoğlu qeyd edib ki, Qarabağ klanının başçısı, Ermənistanın prezidenti, S.Sərkisyan Ermənistan ordusunun işğal olunmuş ərazilərdən geri çəkilməsini mümkün sayır:

“Bununla da S.Sərkisyan erməni xalqına vacib mesaj verdi. Erməni ordusunun geri çəkilmə mümkünlüyü aprel parlament seçkilərinin Ermənistanda bu vaxtadək keçirilmiş bütün seçkilərdən fərqləndirir. Erməni ordusunun geri çəkilməsinin məsuliyyətini təkcə S.Sərkisyan daşımayacaq”.

1news.az

Paylaş:
529

Son xəbərlər

Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14
Bütün xəbərlər