MAX-da zənglər və mesajlar artıq Azərbaycan sakinləri üçün əlçatandır
5 noyabr tarixindən etibarən MAX tətbiqində ünsiyyət imkanı bir neçə MDB ölkəsinin, o cümlədən Azərbaycanın sakinləri üçün də açıq olub.
MDB ölkələrinin istifadəçiləri ilə ünsiyyət qurmaq üçün tərəflərin telefon nömrələrinin qarşılıqlı olaraq kontakt siyahısına əlavə edilməsi vacibdir. Əgər istifadəçilər bir-birinin kontakt siyahısında deyilsə, onlardan biri SMS vasitəsilə dəvət linki göndərə bilər.
Qarşı tərəfin nömrəsini kontaktlara əlavə etmək MAX-da təhlükəsiz və etibarlı ünsiyyət formatını qorumaq üçün vacib addımdır. Bu yanaşma dələduzluq halları ilə daha effektiv mübarizə aparmağa, spam göndərişlərini aradan qaldırmağa və istifadəçi məlumatlarının əlavə qorunmasını təmin etməyə imkan verəcək.
MAX-da qeydiyyatdan keçmək üçün tətbiqi yükləmək, ölkəni seçmək və telefon nömrəsini daxil etmək kifayətdir. Qeydiyyatı tamamlamaq üçün SMS-lə göndərilən təsdiq kodunu daxil etmək və kontaktların sinxronizasiyasına razılıq vermək lazımdır. Hesabın təhlükəsizliyini artırmaq üçün iki mərhələli identifikasiya funksiyasını aktivləşdirmək mümkündür - bu seçim “Məxfilik” bölməsində yerləşir.
Arayış:
MAX - messencer və rəqəmsal istifadəçi xidmətləri platformasıdır. MAX-da audio və videozənglər, çatlar, səsli mesajlar, iri fayl ötürmələri, pul köçürmələri mümkündür, sınaq rejimində informasiya kanalları da fəaliyyət göstərir. Platformaya istifadəçilərin gündəlik ehtiyaclarını qarşılayan mini-tətbiqlər və çat-bot formatında biznes xidmətləri inteqrasiya olunub. Tətbiqi rəsmi saytdan, eləcə də mobil, masaüstü və veb versiyalarda tətbiq mağazalarından yükləmək mümkündür.
Reklam hüququnda












