Suraxanıda soyğunçuluq edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Suraxanıda soyğunçuluq edən şəxs saxlanılıb

17:12 - 05 / 11 / 2025
Suraxanıda soyğunçuluq edən şəxs saxlanılıb

Noyabrın 3-də paytaxtın Suraxanı rayonunda soyğunçuluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, rayon ərazisindəki apteklərin birində çalışan şəxs polisə müraciət edərək 200 manatının tanımadığı şəxs tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyini bildirib.

Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı E.Kərimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
392

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər