“Lalique” şirkəti öz uğurlu kolleksiyası “Terramineral”ın davamını təqdim edir – “Chapter II” - FOTO
"Lalique" brendi vulkan kraterindən maqmanın püskürməsi və mənzərəni tanınmaz hala gələcək qədər dəyişən əcaib lava axınları ilə müşayiət olunan təbiət ünsürlərinin gücündən ilhamlanmış "Terramineral" kolleksiyasının qazandığı uğuru daha da inkişaf etdirir.
"Terramineral" kolleksiyasının yeni "bölmə"si – "Chapter II" qaynar şüşə kütləsindən büllurun yaradılması və vulkanik proseslər arasındakı bənzərliyi daha da tam şəkildə açır, belə ki, təbiət usta tərəfindən düşünülmüş mükəmməl formada donub qalaraq incəsənətə çevrilir. Yeni şedevrlər yaratmaq məqsədilə ustalar manufakturanın, demək olar, 140 illik tarixi ərzində "Lalique" tərəfindən mükəmməlləşdirilmiş qəliz sənətkarlıq üsullarından yararlanıblar. Onlar zamanı gələnə qədər Yerin tərkində gizli qalan, lakin cəmi bir neçə dəqiqə ərzində planetin görünüşünü dəyişməyə, yeni qaya daşlarını və qiymətli mineralların möhtəşəm kristallarını yaratmağa qadir olan ünsürün möhkəmliyi və gücünü kövrək büllurda təcəssüm etdirməyə imkan veriblər.
Kolleksiyanın bütün məmulatları "Lalique"in bədii və kreativ direktoru Mark Larminonun və brendin kreativ studiya komandasının rəhbərliyi altında ərsəyə gətirilib. Ustalar Rene Lalikin fəlsəfəsinə sadiq qalaraq təbii formaları incəsənət əsərlərinə çevirir, eləcə də bu zaman dizayna müasir baxış ilə ənənələr arasında tarazlığı qoruyurlar. Hər bir detal "savoir-faire" və qüsursuz zövqün təcəssümüdür ki, bu da "Lalique" Evinin şöhrətinə çevrilib.
"Terramineral" kolleksiyası üçün tamamilə yeni obyekt – "Caldera" (bu ad vulkanın zirvəsindəki sirkşəkilli çuxur olan "kaldera" termininə istinad edir) divar lampası sətinləşdirilmiş büllurdan hazırlanıb və onun üzərində tektonik proseslər nəticəsində yer qabığında yaranan çatlara bənzər nazik xətlər uzanır. Lampa qoşulduqda bu "çatlar" yumşaq və dağınıq işıq saçır.
Yeni "Silex" (fransızca "çaxmaqdaşı" deməkdir) güldan və qabları öz adını daha bir qaya daşından – çaxmaqdaşıdan alıb. Əcdadlarımız ondan ilk bıçaqları düzəldiblər, bu zaman kənarları elə qəlpələyiblər ki, alınan alət formaca mili xatırlatsın. Çaxmaqdaşının iti qopuq yerləri onu büllura oxşar hala gətirir. Dizaynerlər "Silex" xətti üçün şəffaf və boz büllur, həmçinin kəhrəba-oxra çalarlı "Canyon" bülluru seçib və güldanlarla qabların forma və kənarlarında çaxmaqdaşının təbii fakturasını, qədim ustaların onu cilalayarkən qoyduğu xarakterik qopma yerlərini ortaya çıxarıblar.
Eksklüziv "Lalique de Lalique Extrait de Parfum" (120 ml) ətirli, 500 ədəddən ibarət məhdud tirajla istehsal edilmiş "Magma" dekorativ flakonu öz forması ilə Yerin vulkanik tərkində minillər ərzində formalaşmış zərif kristalı xatırladır. Dizaynerlər maqmanın rəvan axıcılığı və kristalın kamil xətlərinin ideallığını ahənglə birləşdirməyin öhdəsindən gəliblər.
45 ədəddən ibarət məhdud tirajla istehsal edilmiş "Basalte" güldanı ikiqat tökmə texnologiyasının tətbiqi ilə hazırlanıb və iki rəng bülluru özündə birləşdirir: şəffaf və vulkanik bazalta bənzəyən boz. Qara büllurdan "Gorilla" heykəli (məhdud tiraj – 38 ədəd) əridilmiş mum modellərə klassik tökmə üsulu ilə ərsəyə gətirilib.
"Terramineral" bəzək əşyaları xətti altı yeni predmetlə tamamlanmışdır ki, onlar arasında olan üzüklər, bilərziklər, sırğa-pusetlər (mismarşəkilli sırğalar) və kafflar, asma bəzəklər və ipli bilərziklər büllurda təcəssüm etdirilmiş kristal druzaların təbii forma mövzusunu inkişaf etdirir. 750 əyar qızıl örtüklü çərçivəyə malik şəffaf büllur və gümüşü fars firuzəsi çalarlı "Persepolis Blue" bülluru – dəyişməz şəkildə "Lalique"ə xas olan eleqant klassika və yenilikçi orijinallığın ahəngi.
"Terramineral, Chapter II" kolleksiyası 28 may küçəsində yerləşən "Ambiance" butikində təqdim olunur. "Basalte" güldanı, "Gorilla" heykəli və zərgərlik xəttini öncədən sifarişlə əldə etmək mümkündür.
Ünvan: Azərbaycan, Bakı, 28 may küçəsi, 5A.
Əlaqə nömrəsi: +994 (12) 498-62-94
"Lalique" emalatxanasını Azərbaycanda onun rəsmi distribütoru – "Italdizain" şirkəti eksklüziv olaraq təmsil edir. "Lalique" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz: https://italdizain.az/ru/brands/lalique.
"Italdizain" şirkəti haqqında
"Italdizain" şirkəti 1996-cı ildə təsis edilib. İlkin olaraq, Azərbaycanda mətbəx üçün keyfiyyətli İtaliya avadanlıqlarının distribütorluğunun həyata keçirilməsi üzrə ixtisaslaşıb. Daha sonra şirkət yeni istiqamətlər yaradaraq və onları aktiv şəkildə inkişaf etdirərək öz biznesini əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün "Italdizain" onlarla butiki özündə birləşdirən, zərgərlik məmulatları, saatlar, qab-qacaq, ev və interyer əşyalarının satışı üzrə ixtisaslaşmış böyük holdinqdir.
"Lalique" brendi haqqında:
"Lalique" şirkətinin əsası rəssam, zərgər, tanınmış vizyoner Rene Lalik tərəfindən 1888-ci ildə Fransada qoyulmuşdur. Brend sürətli şəkildə məşhurluq qazanaraq cəsarət, eleqantlıq, sənətkarlıq və bədii mükəməllik simvoluna çevrildi. Manufakturanın əsasının qoyulmasından ötən təxminən 140 il ərzində "Lalique" şüşə və büllurdan hazırlanan art-obyektlərdən tutmuş zərgərlik məmulatlarına, parfümeriyaya və interyerin, parfümeriyanın dizaynına qədər müxtəlif sahələrdə aparıcı mövqeyə malik oldu. "Lalique"in aktivinə Zaha Hadid, Damien Herst, Aniş Kapur, İv Klayn, Arik Levi, Terri Rocers və Ceyms Tarrel kimi rəssam və dizaynerlərlə əməkdaşlıq daxildir. Brendin bütün art-obyektləri 1922-ci ildən "Lalique"in Elzasdakı tarixi manufakturasında əl ilə hazırlanır ki, bu da onların təkrarsız keyfiyyətinə zəmanət verir.
Reklam hüququnda
.jpg)















