Mübariz Əhəmədoğlu: “Lavrov planı” termini erməniləri ciddi narahat edir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhəmədoğlu: “Lavrov planı” termini erməniləri ciddi narahat edir

16:40 - 18 / 04 / 2017
Mübariz Əhəmədoğlu: “Lavrov planı” termini erməniləri ciddi narahat edir

2 aprel faktoru, parametri və ya hadisəsi dedikdə 2017-ci il 2 aprel Ermənistandakı parlament seçkilərini və 2016-cı il aprel hadisələrinin ildönümünün Ermənistanda qeyd olunmasını nəzərdə tuturuq. Çünki Ermənistanda bu iki hadisə bir-biri ilə əlaqəlidir.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, Ermənistanın parlamentli idarəçilik sisteminə keçməsinin trayektoriyası və 2016-cı il aprel döyüşlərinə aparan yol bir-biri ilə sıx əlaqəlidir:

“Ermənistanda 2 aprel hadisələrinin ildönümünə dair xeyli müzakirələr aparıldı, beynəlxalq konfrans təşkil olundu. Ermənistanda eləcə də bu ölkədən kənarda səslənmiş tezislərin ümumi ortaq məxrəci var: ATƏT MQ funksiyasını lazımınca yerinə yetirə bilmədi. Tənzimlənmə üçün yeni variantlar və modellər axtarılmalıdır. Bu istiqamətdə beynəlxalq aləmdə səslənmiş fikirlərin təqdiminə keçməzdən əvvəl Belarus prezidenti A.Lukaşenkonun vacib təklifini yada salmaq istəyirik. A.Lukaşenko Azərbaycan və Ermənistan prezidentlərinə Dağlıq Qarabağ münaqişəsini vasitəçilərsiz tənzimləməyi təklif edir. 

Bu təklif Azərbaycan üçün sərfəlidir. Çünki Azərbaycan alternativ tənzimlənmə variantları axtarışındadır. Buna görə də BMT-dən tutmuş bütün nüfuzlu təşkilatlara bu münaqişə ilə məşğul olmaq üçün müraciətlər edib. Azərbaycandan fərqli olaraq  Ermənistan yalnız ATƏT MQ-nin vasitəçiliyini qəbul edir. A.Lukaşenkonun vasitəçilərsiz danışıq təklifi də alternativ tənzimlənmə variantlarından biridir. S.Sərkisyan A.Lukaşenkonun təklifini qəbul etməyəcəyi halda KTMT və AİB çərçivəsində A.Lukaşenkonun tənələri ilə üzləşə bilər. Eks-prezident R.Köçəryanın belə tədbirlərdə A.Lukaşenkonun acı həqiqətləri ilə rastlaşmasının aqibətini öyrənməyi S.Sərkisyana məsləhət bilərdik”.

M.Əhmədoğlu beynəlxalq ekspertlərin ortalığa qoyduğu təkliflərə də toxunub. Bu təkliflər aşağıdakılardır:

I. “Zorakılığın iri partlayışından bir il sonra Dağlıq Qarabağ tənzimlənməsi yenidən təhlükədədir. Beynəlxalq ictimaiyyət ya yeni müharibəni gözləməli və ya diplomatik şok terapiyasını seçməlidir”:- Laurens Broers, Chatham House-nin eksperti.

II. Yeni konsepsiyada erməni və azərbaycanlı sakinlərin təhlükəsizliyinə təminat verən, eləcə də istər Ermənistanla, istərsə də Azərbaycanla sərhədlərin açılması üçün multietnik yanaşma olmalıdır. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları debatlardan kənar saxlanılmamalıdır:- Dennis Sammut, Londondakı LINKS analitik mərkəzin rəhbəri.

III. Ötən ilin aprelinə nisbətən döyüş əməliyyatları və bu əməliyyatlarda daha ağır silahların tətbiq olunma ehtimalı çoxdur.... S.Lavrov kimi təcrübəli diplomatların aktiv aktorluğuna ehtiyac var.... Dağlıq Qarabağ ya müstəqil olacaq və ya da Azərbaycanla konfederasiya formalaşdıracaqdır: - Tomas de Val, Britaniyalı ekspert, “Karneqi” fondunun əməkdaşı. Tomas de Valın bu yanaşması ermənilərdə qıcıq yaratdı. Çünki “Lavrov planı” termini erməniləri ciddi narahat edir. Milliyyətcə erməni və vacib lazım olan anda Dağlıq Qarabağ tənzimlənməsini ermənilərin xeyrinə yönəldən S.Lavrovun ermənilər tərəfindən belə qarşılanması ermənilərin təkcə intellektual deyil, həm də psixoloji durumunu aktuallaşdırır. Dağlıq Qarabağın de-fakto prezidenti B.Saakyanın mətbuat xidmətinin rəhbəri D.Babayanın  T. de Valın Lavrovla bağlı dediklərinə reaksiyası diqqətdən kənarda qalmır.

Eyni zamanda ermənilər “Karneqi” fondunun rəhbərliyində erməni olduğunu da (Karneqi fondunun Nyu-York bölməsinin başçısı Vartan Qreqoryandır) nəzərə almırlar. T. de Val isə belə şərhlər verərkən fondun rəhbərliyində erməni olduğunu unutmur və erməni əsilli Lavrovu da yada salması bu kontekstdədir. “Sülh platformasının” və Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyinatının əleyhinə şərh verməsinin də motivasiyası budur. T.de Val Dağlıq Qarabağ məsələsinə şərh verərkən savadsız görünməsindən də çəkinmir. Vaxtilə ATƏT MQ həmsədrləri “ümumi dövlət” modeli təklif etmişdilər. Azərbaycan 1999-cu ildə bunu rədd etdi. İndi Azərbaycan 1999-cu ilə nisbətən xeyli güclü, Ermənistan isə xeyli zəifdir. Prezident İ.Əliyev 2017-ci ilin ilk üç ayında ölkənin qızıl valyuta ehtiyatının 1 milyard dollar artdığını bildirdi. Ermənistanın isə mart ayında xarici borcu 35 milyon dollar artıb. Azərbaycan və Ermənistanın baza parametrlərini müqayisə etmək niyyətində deyilik. Tomas de Val Azərbaycanın gücünü və mövqeyini bilir. Amma ermənipərəstliyi onu savadsız görünməyə vadar edir.

IV. Bu gün münaqişə zonasında gərginliyin eskalasiyası riski çox böyükdür. Tərəqqiyə ümid yoxdur. Müzakirələr üçün əsas meydança yoxdur. Digər tərəfdən Qarabağ məsələsində danışıqlar prosesinə yeni nəfəs vermək fövqəladə dərəcədə vacib məsələdir:-Beynəlxalq Böhran Qrupunun proqram rəhbəri, Maqdalena Qrono.

V. Bütün tərəfləri Dağlıq Qarabağ münaqişəsini dinc tənzimlənməyə aparan predmetli danışıqları bərpa etmək üçün siyasi iradə nümayiş etdirməyə çağırırıq:- Farhan Hak, BMT baş katibinin rəsmi təmsilçisinin müavini.

VI. “Suriya və Dağlıq Qarabağ münaqişələrində beynəlxalq ictimaiyyətin gücsüzlüyü, ABŞ və Rusiyanın bu münaqişələri həll etmək istəməməsi daha böyük problemlərə gətirib çıxarıb. BMT-yə üzv ölkələr, Təhlükəsiz Şurasının 5 daimi üzvü tərəfindən yeni düşüncə tələb olunur. Fələstin və Dağlıq Qarabağın işğalına son qoymaq üçün qəbul olunan qətnamələrin icrasına maneçilik törədilməməlidir. Biz ümumi sivilizasiya naminə mübarizə aparmalıyıq”:-Səudiyyə Ərəbistanın şahzadəsi Turki əl-Faysal.

VII. “Biz GUAM ölkələri ərazisində davam edən münaqişələrin suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həllinə cəhd etdiyimizi təsdiqləyirik”:-GUAM hökumət başçılarının zirvə toplantısının yekun bəyannaməsindən.

VIII. Ermənilərin Moskvadakı ən əsas ruporlarından olan V.Solovyovun Bakıya gəlməsi təsadüfi ola bilməz. Kreml erməni müstəvisində işləyən ekspert, jurnalist və siyasətçiləri xeyli aktivləşdirib. Məqsəd özünün tənzimlənmədəki təkbaşına rolunu gücləndirməkdir.

Dağlıq Qarabağ tənzimlənməsində ATƏT MQ-dən kənar müstəvilərin  axtarılması yuxarıda səslənən tezislərdən aydın görünür.

M.Əhmədoğlu bildirib ki, yaranmış vəziyyətə ermənilərin münasibəti də  kifayət qədər diqqəti çəkir:

ı. BMT-də qəbul olunmuş sənədlərin Dağlıq Qarabağ tənzimlənməsinə təsir edəcəyi barədə fikirlər yersizdir:- Qondarma prezident B.Saakyanın mətbuat xidmətinin rəhbəri D.Babayan BMT TŞ-də qəbul edilmiş 2347 nömrəli qətnaməni BMT İnsan Hüquqları Şurasının Gürcüstanla əlaqəli qəbul etdiyi qətnamə ilə şüurlu surətdə qarışdırdı. Məqsəd öz ermənilərini çaşdırmaq idi.

ıı. Dağlıq Qarabağ münaqişəsinin bu gün həlli yoxdur və yaxın vaxtlarda həlli olmayacaq. Bu erməni ekspert və siyasilərinin ən ümumi mövqeyidir.

ııı. Bu gün “Artsax”ın təhlükəsizliyi onun statusundan çox vacibdir.- A.Arutyunyan, qondarma qurumun baş naziri.

ıııı.Tənzimlənmənin əsas prinsipi hər şey razılaşdırılmayıbsa deməli heç nə razılaşdırılmayıb:- D.Babayan, qondarma qurumun mətbuat xidmətinin rəhbəri. ıv. İŞİD terrorçuları Dağlıq Qarabağ münaqişəsinə müdaxilə edə bilərlər:- S.Sərkisyan, Ermənistanın prezidenti.

ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı mövqeyinə də toxunan M.Əhmədoğlu onun mövqeyindəı aktivlik və keyfiyyət dəyişikliyi olduğunu qeyd edib:

I. Amerikalı həmsədr R.Hoqland Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin indiki mərhələsində yeni keyfiyyət yaratdı. O, Nyu-Yorka gedərək BMT rəhbərliyi ilə Dağlıq Qarabağ tənzimlənməsini müzakirə edib. BMT rəhbərliyi lazım olarsa hətta BMT TŞ-nin qətnaməsini vəd veriblər. ABŞ Dövlət Departamentindən C.Kerri kimi ermənipərəstin uzaqlaşması öz bəhrəsini verir.

II. R.Hoqland həmsədrlərdən iki gün əvvəl Ermənistana səfər etdi. Onun yalnız E.Nalbandyanla təkbətək görüşü barədə məlumat yayıldı. Digər, xüsusilə ABŞ-ın Ermənistandakı səfirliyi ilə müxtəlif görüşlər istisna olunmur.

III.R.Hoqlandın üç mərhələli həll variantını aktuallaşdırması da Ermənistan rəhbərliyinə təzyiq prizmasından baxılmalıdır. Üç mərhələli həll variantı dedikdə Sankt-Peterburqda üç prezident tərəfindən müzakirə olunan, amma Ermənistanın qəbul etmədiyi variant başa düşülür. Birinci mərhələdə 5 rayon Azərbaycana qaytarılır, ikinci mərhələdə Laçın dəhlizinin parametrləri razılaşdırılır, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarılır. Üçüncü mərhələdə isə Dağlıq Qarabağın statusu müəyyənləşir.

Amerikalı həmsədr RF-in tənzimlənmədə aparıcı rol oynamasını təbii hesab edir.

R.Hoqland isə Dağlıq Qarabağ münaqişəsinin keçmiş sovet məkanındakı digər münaqişələrdən fərqləndiyini bildirdi.

IV. Amerikalı keçmiş həmsədr C.Uorlikin aktivləşməsi də diqqəti çəkdi. Hal-hazırda ABŞ-da rusların yaratdığı hüquqi məsləhət şirkətində çalışan Uorlik gözlənilmədən aktivləşdi. O əvvəlcə danışıqlar stolunun üstündə danışıqların davam etməsinə stimul verə biləcək təklifin olduğunu bildirdi. Uorlikə görə, bu təklifin reallaşacağı təqdirdə Ermənistan cəmiyyətinin əsasları dəyişəcəkdir. Ermənistan cəmiyyəti hal-hazırda monoetnik və monokonfessional cəmiyyətdir. Ermənistan SSR-dən qovulmuş 300 min azərbaycanlı Ermənistana qayıdacağı təqdirdə Ermənistan polietnik və polikonfessional cəmiyyətə çevrilir. Uorlikin yanaşmasının mahiyyəti bəllidir.

Azərbaycan və Ermənistan arasındakı problem təkcə Dağlıq Qarabağ problemi deyil. Ermənistandan qovulmuş azərbaycanlılar və Azərbaycanı tərk etmiş ermənilərin məsələləri də həllini gözləyən problemlərdir. Əgər Dağlıq Qarabağ probleminin özünü həll etmək mümkün deyilsə bu problemin ətrafındakı məsələlərin həllinə girişməklə Dağlıq Qarabağ probleminin özündə də irəliləyiş yaratmaq olar. Eləcə də Yenilənmiş Madrid Prinsiplərinin 5-ci maddəsində bütün qaçqın və köçkünlərin münaqişədən əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ tanınır. Lakin az keçmiş Uorlik fikrini təshih etdi: Masanın üstündə olan təklif regional iqtisadi inkişafa və sabitliyə töhfə verə bilər.

V. ABŞ-ın Azərbaycandakı səfiri R.Sekuta Dağlıq Qarabağ münaqişəsinin uzanmasından narahatlığını bildirdi.

VI. ABŞ-ın Gürcüstandakı səfiri Y.Kelli də Ermənistan-Azərbaycan münasibətlərinə dair mövqe bildirdi: “Bəlkə də düz bilmirəm, amma bildiyimə görə Bakı ilə Yerevan arasında dəhşətli düşmənçilik mövcuddur. Bu düşmənçilik katoliklərlə protestantlar, Şimali İrlandiya ilə Britaniya, İsraildə yəhudilər və fələstinlilər, türklərlə yunanlar arasında olan düşmənçilikdən qat-qat pisdir. Lakin burada, Gürcüstanda fikrimcə, icmalar arasında az-çox normal dialoq mövcuddur”.

Babək Cahandarov

Paylaş:
608

Son xəbərlər

Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35
Bütün xəbərlər