Elman Nəsirov: Marin Le Pen sərsəm bəyanatlarla ermənilərin xoşuna gəlməyə çalışır | 1news.az | Xəbərlər
Siyasət

Elman Nəsirov: Marin Le Pen sərsəm bəyanatlarla ermənilərin xoşuna gəlməyə çalışır

12:12 - 21 / 04 / 2017
Elman Nəsirov: Marin Le Pen sərsəm bəyanatlarla ermənilərin xoşuna gəlməyə çalışır

Fransanın “Milli cəbhə” partiyasının lideri Marin Le Pen “Nouvelles d'Armenie” qəzetinə müsahibəsində Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər Azərbaycanda ciddi müzakirələrə səbəb olub.

1news.az xəbər verir ki, partiya lideri Qarabağ münaqişəsinin həllinin çıxış yolu kimi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin lazım olduğunu deyib:

“SSRİ-nin dağılmasından sonra sərhədlər beynəlxalq sərhədlər oldu, lakin müstəqillik daha səmərəli seçim oldu, Azərbaycan və Ermənistan arasında razılaşma olsaydı, Dağlıq Qarabağ Ermənistanın tərkibinə birləşdirilmiş olardı. Fransa gərək Yaxın Şərqdə xristianların müdafiəçisi kimi öz lider rolunu bərpa etsin”, - deyə milliyətçi partiyanın sədri əlavə edib.

Millət vəkili, politoloq Elman Nəsirov onun bu açıqlamasını sərsəm adlandırıb. Deputat 1972-ci ildə yaradılmış, irqçi siyasəti özü üçün hədəf seçmiş bir partiyanın liderinin bu bəyənatının çox qorxulu olduğunu deyib:

“Onun atası Jan-Mari Le Pen 2002-ci ildə prezidentliyə namizədliyini vermiş və ikinci tura yüksələ bimişdi. O vaxt bütün dünya bunu həyacanla qarşılamışdı ki, irqçi mövqe nümayiş etdirən belə siyasətçi Fransaya rəhbərlik etsə, onda bütün dünyaya böyük təhlükə yarada bilər.

O, həm də Fransanı Avropa Parlamentində təmsil edir. Onun belə çıxışı həm çoxmillətli Fransa üçün problemlərə səbəb ola bilər, həm də Avropa Parlamentinin nüfuzuna xələl gətirə bilər.

Amma reallıq budur ki, Fransa xalqı onun atasına hansı münasibət göstəribsə, qızına da eyni münasibəti göstərəcəkdir. Yəni, Marin Le Penin prezident olmaq şansı yoxdur”.

Marin Le Pen həmçinin bildirib ki, “erməni soyqırımı”nda həlak olanların xatirəsini yad edəcək:

“1915-ci ildə Fransaya çoxsaylı ermənilərin gəlməsi ölkəmizin həyatında mühüm hadisə olub, onlar Birinci dünya müharibəsindən sonra ölkənin bərpasına böyük töhfə veriblər və nümunəvi assimilyasiya olublar”.

Elman Nəsirov fransalı siyasətçinin bu çıxışını isə belə şərh edib:

“Şahidi olmuşuq ki, prezident seçilən bəzi şəxslər seçkiyə qədər və seçkidən sonra ayrı bəyanatlarla çıxış edirlər. Buna ABŞ prezidentini də nümunə göstərmək olar. O da erməni soyqırımını tanıyacağını demiş, prezident olduğu 8 il müddətində isə belə addım atmamışdı. Çünki Türkiyə kimi güclü strateji müttəfiqi itirmək istəmirdi.

İndi Marin Le Pen də eyni taktikadan istifadə etmək istəyir. Lakin, onun Obamadan fərqi budur ki, Obamanın seçilmək şansı real idi, Marin Le Pen isə ən yaxşı halda ikinci tura qədər gedə biləcək.

Politoloq hesab edir ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi mövqeyini müdafiə edən Marin Le Pen əslində xəritədə Dağlıq Qarabağın yerini göstərə bilməz:

“O, belə sərsəm bəyanatlarla ermənilərin xoşuna gəlməyə çalışır. Bununla seçki kampaniyasında iki şeyi həll etmək niyyətindədir. Birincisi erməni lobbi və diasporunun maliyyə imkanlarından yararlanmaq, ikincisi isə seçici təmin etməkdir”.

Fərid Ədalət

Paylaş:
2621

Son xəbərlər

Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04
Bütün xəbərlər