Meksika səfirliyi Frankofoniya həftələrinin bağlanış mərasimində iştirak edib
Meksikanın Azərbaycandakı səfirliyi Frankofoniya həftələrinin bağlanış mərasimində iştirak edib.
1news.az-a səfirlikdən verilən məlumata görə, tədbirdə təqdim edilən Meksika mədəniyyəti və mətbəxinin nümunələri
mərasimə təşrif buyuranların arasında böyük marağa səbəb olub.
Səfir Rodriqo Labardini daxil olmaqla, iştirakçı ölkələrin səfirləri üç həftə ərzində keçirilən tədbirlərdə iştirak edənlərə təşəkkürlərini ifadə edilbər.
Vurğulamaq lazımdır ki, Meksika Beynəlxalq Frankofoniya Təşkilatının 58 üzv ölkəsi və 26 müşahidəçisindən biridir.
Diplomatik nümayəndəlik Belçika, Misir, Fransa, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Rumınıya və İşveçrə səfirlikləri ilə birgə Bakıda 1-22 aprel tarixlərində baş tutmuş fransız dili və Frankofoniya bayramını birgə qeyd edib.
Pərvanə Sultanova