Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilib - FOTO

20:09 - 25 / 04 / 2017
Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə aprelin 25-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Botanika bağında Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib. Aksiyada RAGB-nin fəalları iştirak ediblər.

MDU-nun Botanika bağında 2013-cü ildə yaradılmış dərman bitkiləri bölməsinə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından zeytunkimilər fəsiləsindən olan Birgöz, Yapongülü və s. dərman kolları hədiyyə edilib. Azərbaycanda geniş yayılmış bu bitkilərdən xalq təbabətində istifadə olunur.

Botanika bağının direktoru Aleksey Reteyum AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, dərman bitkiləri bölməsi Botanika bağında yeni yaradılıb. Burada dünyanın bir çox ölkələrindən gətirilmiş dərman kolları və bitkiləri əkilir, yeni landşaft kompozisiyası yaradılır. A.Reteyum deyib: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi RAGB ilə əməkdaşlığımız sayəsində Azərbaycan təbiətinə aid bitkilərdən ibarət yeni landşaft yarada, kolleksiyamızı daha da zənginləşdirə bilirik. Bu, bizi çox sevindirir. Leyla Əliyevanın adından hədiyyə olunan bitkilər bağımızın mərkəzində əkilib. Botanika bağına gələn hər kəs Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə hədiyyə olunan bitkilərin əkildiyi sahəni seyr edə biləcək. Burada Azərbaycan, həmçinin Rusiya Azərbaycanlı Gənclər Birliyi və bu gün keçirilən aksiya barədə məlumat verən lövhə də yerləşdirmişik. MDU-nun Botanika bağının çoxəsrlik tarixi var və bu gün əkilən bitkilər də uzun illər bu bağa yaraşıq verəcək, azərbaycanlı dostlarımızdan xatirə qalacaq. Biz gələcəkdə Botanika bağında Azərbaycan ilə birgə tədbirlər keçirməyi də nəzərdə tutmuşuq”.

MDU-nun Botanika bağının Rusiya hökumətinin dəstəyi ilə yaradılan dərman bitkiləri bölməsində 150-dən çox bitki toplanıb. Onların arasında xalq təbabətində geniş istifadə olunan bitkilərlə yanaşı, nadir bitki və kol növlərinə də rast gəlinir.

AZƏRTAC

Paylaş:
477

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər