Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ tənzimlənməsinin praktiki başlanğıcının seçim ardıcıllığı üçün 3 variant | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ tənzimlənməsinin praktiki başlanğıcının seçim ardıcıllığı üçün 3 variant

10:37 - 25 / 04 / 2017
Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ tənzimlənməsinin praktiki başlanğıcının seçim ardıcıllığı üçün 3 variant

Dağlıq Qarabağ tənzimlənməsinin praktiki başlanğıcında seçim ardıcıllığının müəyyənləşdirilməməsi Ermənistanın əlində danışıqlardan imtina üçün bəhanədir. Prezident S.Sərkisyan aprel döyüşlərindən sonra xarici KİV-lərə müsahibə verərkən hətta yeddi rayonu qaytarmağa belə hazır olduğunu bildirmişdi.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı xəbəri şərh edərkən bildirib:

“Amma bunun əvəzində tənzimlənmə üzrə müqavilənin birinci maddəsində Dağlıq Qarabağın statusunun müəyyən olunmasının yazılmasını şərt kimi irəli sürmüşdü. Sonradan RF Xİ naziri Lavrov da Azərbaycan mətbuatına verdiyi müsahibədə tənzimlənmədə ən böyük əngəlin tərəflərin addımların həyata keçirilmə ardıcıllığında razılığa gələ bilməməsini bildirmişdi.

S.Sərkisyanın heç bir addımı onun Dağlıq Qarabağ tənzimlənməsinə hazırlaşdığını göstərmir. Ermənistanın siyasi-iqtisadi vəziyyətinin ağlamalı  olmasına baxmayaraq S.Sərkisyan istənilən pauza və ya hadisədən militarist siyasətinin güclənməsi istiqamətində istifadə edir. Ona görə də onun seçim ardıcıllığının müəyyən olunmaması ilə bağlı dedikləri də danışıqlardan yayınmaq üçün bir bəhanədir. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin praktiki mərhələsinin başlanması 3 variantda mümkündür”.

Politoloq qeyd edib ki, Ermənistan rəhbərliyi, prezident S.Sərkisyan işğalçı qoşunlarını Azərbaycanın ərazilərindən çıxarmağa hazır olduğu iradəsini rəsmən və praktik nümayiş etdirir.

“Bunun üçün Ermənistan işğalçı qoşunlarını Azərbaycanın ərazilərindən çıxarmaq öhdəliyi götürür. Bunu rəsmən bəyan edir. Qoşunların çıxarılması başlayır. S.Sərkisyan birinci addım kimi Dağlıq Qarabağın statusunun müəyyən olunmasını istəyirsə, bu da mümkündür. Bunun üçün S.Sərkisyan birinci maddənin əvvəlini özü belə təqdim etməlidir: Dağlıq Qarabağ azərbaycanlıları Dağlıq Qarabağa qayıtdıqdan sonra statusun müəyyən olunması prosesi...

Ermənistandan qovulan azərbaycanlıların Ermənistana və Azərbaycanı tərk etmiş ermənilərin Azərbaycana qayıtması Dağlıq Qarabağ tənzimlənməsinin praktiki başlanğıcı üçün aralıq variant kimi istifadə oluna bilər. Bununla tənzimlənmənin əsas ağırlıq mərkəzi Ermənistan-Azərbaycan münasibətləri üzərinə keçirilir. Bu həm ölkələr, həm xalqlar arasında etimadı möhkəmləndirəcək, həm də Dağlıq Qarabağ tənzimlənməsinə əlavə stimul yaradacaq. 1987-ci ildə Ermənistan SSR-dən 300 minə yaxın azərbaycanlı deportasiya olundu. Həmin hadisələr dövründə, bir müddətdən sonra Azərbaycan SSR-də yaşayan ermənilərin də böyük bir qismi mülklərini sataraq, bağışlayaraq Azərbaycan SSR-nin ərazisini tərk etdi”.

M.Əhmədoğlu qeyd edib ki, amma ən vacibi odur ki, Ermənistan artıq monoetnik, monokonfensional dövlət olmayacaq və sivil dövlətlər sırasına qoşulacaq.

“Ermənistanın dörd çevrəsində olan dövlətlərin hamısı polietnik, polikonfessional dövlətlərdir. Ona görə də Ermənistan cəmiyyəti özünü daxili quruluşuna görə dəhökmən region dövlətlərinə bərabərləşdirməlidir. Bu mənada azərbaycanlıların Ermənistana qayıtması Ermənistan üçün hava kimi su kimi lazımdır. Azərbaycanlılar Ermənistana qayıtdıqdan sonra Ermənistanın siyasəti daha sanballı olacaq. Ermənistan iri dövlətlərin əlində alət olmaq vərdişini tərgitmək məcburiyyətində olacaq və öz apardığı siyasətdə erməni xalqının maraqlarını və regional sabitliyi daha ön plana çıxaracaq”.

S.Xankişiyeva

Paylaş:
629

Son xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28
Bütün xəbərlər