SOS: Aborta münasibətiniz? – VİDEO
1news.az informasiya agentliyi 1news TV layihəsi çərçivəsində yeni SOS (Sosial Sorğu) adlı layihəsini təqdim edir.
Layihə çərçivəsində müxbirimiz Emil Nəsirov paytaxt sakinləri ilə ən aktual mövzularla bağlı sorğu keçirir.
Budəfəki müzakirələrin mövzusu abortdur. Qadını dünyaya gəlməmiş körpəsindən qurtulmağa nə vadar edir?
Abort mövzusu bir çox ölkələrdə geniş müzakirələrə səbəb olub. Bu məsələ ilə bağlı müxtəlif dindan və ictimai xadimlər, eləcə də təbiblər öz fikirlərini bildiriblər.
Bəs ölkəmizdə aborta münasibət necədir? Bununla bağlı paytaxt sakinlərinə müraciət etdik.
Qeyd edək ki, aborta Azərbaycan Sovetlər Birliyinin tərkibində olduğu 1955-ci ilin noyabrın 23-də icazə verilib.
Müstəqillik qazandığımız illərdən sonra da bu qanuna dəyişiklik edilməyib.
Hazırda Azərbaycan Qanunvericiliyində qadına 28-ci həftəyədək abort etməyə icazə verilir. 28 həftə tamamlandıqdan sonra hamiləliyin dayandırılması ciddi – tibbi və sosial səbəblərdən mümkündür.
Tibbi göstəricilərə görə, abort hamiləliyin istənilən dövründə həyata keçirilə bilər.