Səməd Seyidov: Muyjnieks Ermənistan haqda suala məhəl qoymayaraq dərhal Azərbaycanı tənqid etməyə başladı
Avropa Şurasının İnsan haqları üzrə komissarı Nil Muyjnieks Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) illik hesabatında Azərbaycanı növbəti dəfə ədalətsiz tənqidlərə məruz qoyub.
Bu haqda 1news.az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bəyan edib:
“Təəssüflər olsun ki, insan haqları üzrə Avropa komissarı müəyyən ölkərə qarşı qeyri-obyektivliyini növbəti dəfə nümayiş etdirib. Bir ombudsman, bir insan haqlarını müdafiə edən şəxs kimi o, hər kəsə eyni baxmalıdır. Bu, elə ilk məqamlardan bəlli idi. Nümayəndə heyətimizin bir üzvü Muyjnieksə Ermənistanla bağlı sual verdi. Lakin o, həmin şəxsə cavab verməyərək dərhal Azərbaycanı tənqid etməyə başladı”.
Foto: Nil Muyjnieks
S.Seyidov təəsüflə qeyd edib ki, ümumilikdə Azərbaycanla əlaqəli bütün məqamlar məqsədli surətdə problemli vəziyyət kimi təqdim edilirdi:
“Halbuki, Avropa Şurasına aid ölkələrdə insan haqlarının vəziyyəti hər kəsə bəllidir. Bütün Avropa dövlətlərində islamofobiya, ksenofobiya tendensiyaları, antisemintizm hökm sürür”.
AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri hesab edir ki, Muyjnieksin çıxışından sonra Avropada yaşayan azərbaycanlıların Strasburqda aksiya keçirməsi təsadüfi deyil:
“Təsadüfi deyil ki, etiraz aksiyalarının əsas şüarı Avropa komissarlarının ikili standartı, eləcə də Soros Fondu ilə əlaqəli olmasıdır”.
Ümulikdə isə AŞPA-nın yaz sessiyasında bir çox diqqətçəkən məqamlar oldu:
“Maraqlısı odur ki, uzun illər dəyərlər kimi təqdim edilən bir çox şeylər gizlədilib. Əslində isə hansısa ölkəyə qarşı sadə sifarişdir. Bu çıxışdan başqaları kimi bizim də çıxardığımız nəticə burdur ki, bu çıxış qeyri-obyektivliklə fərqləndi.
AŞPA-nın yaranmış şəraitlə bağlı islahatlara ehtiyacının vaxtı çatıbmı, sualına Azərbaycan nümayəndə heyətinin rəhbəri qeyd edib:
“Məncə AŞPA-da islahatlar artıq gecikib. Belə ki, Assambleyanın qanuni prezidentinin hakimiyyətdən uzaqlaşdırılaması sessiyada qəbul edilirsə, ümumiyyətlə son zamanlar bu cür “çevrilişlər” Avropada dəb halını alıb. Və bu cür cəhdə Aqramuntun hakimiyyətdən – heç bir xüsusi araşdırma komissyası olmadan kənarlaşdırılması da aiddir.
İnsan hüquqlarına cavabdeh olan şəxs bunu öz məqsədi üçün istifadı edirsə, nəticədə iri ölkələrdən biri sessiyanı bu sözlərlə tərk edirsə: “AŞPA-nın Türkiyəyə qarşı nə davranışı, nə də münasibəti qəbuledilməzdir”. Əgər prezidentin kənarlaşdırılması ilə bağlı əsaslandırma yoxdursa, onu sadəcə sözlərinə görə uzaqlaşdırırlarsa, bu təşkilat haqda nə demək olar?
- Azərbaycan ilk növbədə bu təşkilatın bəyan etdiyi və elə həmin Avropanın məhəl qoymadığı dəyərləri bölüşərək daxil olmuşdu...
- Ölkəmiz buraya Qarabağ məsələsində, qaçqın və məcburi köçkünlərimizə qarşı, ermənilər tərəfindən soyqırıma məruz qalan bir xalq kimi, Xocalı faciəsi yaşayan bir millət kimi həqiqətlərin üzə çıxarılması üçün daxil olmuşdu.
Əməldə isə başqa mövqelərlə qarşılaşdıq. Gördük ki, bizi, eləcə də qaçqınlar haqda heç kəs heç nəyi görmək istəmir. Əksinə, separatçılıq dəstəklənir. Qanununun aliliyi ilə bağlı bəyanatlar səslənsə də, əməldə dərin korrupsiya prosesləri gedir. Yəni burada tamamilə qeyri-obyektivlik.
Əlbəttə ki, Avropa Şurasının daxilində sağlam qüvvələr də var. Lakin onlar o qədər zəif və köməksizdilər ki, mən elə gəlir yaxın zamanlarda bu təşkilatda siyasi islahatlar aparılmasa, onun taleyi çox qaranlıq olacaq.
Təcümə: S.Xankişiyeva