Polad Bülbüloğlu kimləri narahat edir?
Tofiq Abbasov
Birləşmiş Millətlər Təşkilatlarının təhsil, elm və mədəniyyət məsələləri (UNESCO) üzrə yeni rəhbəri vəzifəsinə Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlunun namizədliyinin irəli sürülməsi erməni dairələrində görünməmiş paxılıq yaratdı.
Bu, onlar tərəfindən Azərbaycanla bağlı bütün müqəddəs və pak təşəbbüsləri gözdən salaraq qaralamaq fonunda gözlənilən idi.
Yaxşı, bəs Bülbüloğlunun namizədliyin irəli sürlüməsi həmyerliləri arasında hansı təsir bağışladı?
Təəssüflər olsun ki, sosial şəbəkələrdə müəyyən hissələrin ölçüsü, cəmiyyət arasında müzakirələr tamam başqa mənzərə yaratdı.
İlk olaraq qeyd edək ki, Bülbüloğlunun bu cür mötəbər və məsuliyyəli vəzifəyə namizədliyinin irəli sürülməsi yüksək rəhbərliyin iştirakı olmadan mümükün ola bilməzdi. Deməli, dünya mədəniyyəti, incəsənəti və diplomatiyasına töhfələr verən bu insana qarşı düşünülmüş və qanunauyğun seçim edilib.
Lakin onun bu töhfələri qondarma hakimlərin nəzərindən qaçaraq Bülbüloğlunun ingilis dilini bilmə səviyyəsinə yönəldi. Beləcə onlar səfirin sivilizasiyalararası dioloqa, qlobal sahədə sağlam ab-havanın inkişafına verdiyi töhfələri unutdular.
Görkəmli şəsxiyyətlərin övladı olmasına baxmayaraq, Polad Bülbüloğlu öz şəsxiyyətini özünün yaradıcı enerjisi, fitri istedadı və çalışqanlığı hesabına qazanıb. Allah vergisi olmasına baxmayaraq o, hər zaman öz üzərində çalışaraq yeniliklər axtarışındadır. Onun sonsuz nüfuzu da buradan irəli gəlir.
Yeri gəlmişkən, UNESCO-dan az əhəmiyyətə malik olmayan, türkdilli qardaş ölkələri birləşdirən TÜRKSOY-un da ərsəyə gəlməsində Bülbüloğlunun xidmətləri var.
Ötən əsrin 90-cı illərində Heydər Əliyevin Azərbaycana qayıdaraq inteqrasiya trendlərinin, yeni təcrübə və ideyaların inkişafı üçün nəhəng səy göstərdi. Bütün bunlarda o zamankı mədəniyyət nazirinin əməyi də aparıcı rol oynadı.
Yaradıcı rəhbərin çoxsaylı xidmətlərinə fikir verməyərək xırda detalları şişirtməklə qondarma hakimlər heç nəyə nail ola bilmədi. Subyektiv qiymətləndirilmələrin bayağılığı ondan ibarətdir ki, UNESCO BMT, ATƏT və digər beynəlxalq qurumlar öz fəaliyətində çoxdillilik prinsipinə söykənir.
Burada işgüzar altı dil içərisində rus dili də var. P.Bülbüloğlu da rus dilinə mükəmməl dərəcədə sahibdir. Lakin hansısa anlaşılmaz səbəbdən çıxış edənlərin ingilis dilində danışılması məsləhət bilinib. Ola bilsin ki bu, rəhbər qurumlar üçün daha rahatdır.
Öz namizədliyi irəli sürülərkən Bülbüloğlu rus dilində danışmaq hüququnu vurğulamayıb. Belə ki, onun aid olduğu nəsil üçün ingilis dilli auditoriya vacib deyildi.
Bülbüloğlunun ingilis dilini yüksək səviyyədə bilməməsində faciəvi heç nə yoxdur. Nəhayət anlamaq lazımıdır ki, məsələ ətrafında xəstə düşüncələr ermənilər tərəfindən qızışdırılmış təbliğatın nəticəsidir.
Qonşu ölkədə Bülbüloğlunun seçkilərdə iştirakını dağıdıcı başlanğıcı olan erməni mədəniyyəti üçün qorxulu partlayış kimi qəbul edirlər. Bunu başqa cür qiymətləndirmək mümkün deyil.
Şuşa məktəbinin parlaq nümayəndəsi olan Bülbüloğlu düşmən cəbhəsinə od salıb.Öz ölkəsini layəqətlə təmsil edən səfir erməni quldur birləşmələrini Qarabağda Azərbaycan heykələrini dağıtmamağa, vandalizmdən siyasi proseslərə keçməyi dəfələrlə çağırıb.
Təsüdüfi deyil ki, 2007-ci ildə Azərbaycanın ziyalı namayəndələrinin tərkibində ölkəmizin işğal olunmuş əraizlərinə səfər edənlər içərisində Polad Bülbüloğlu da vardı. 2011-2012-ci illərdə onun səyləri hesabına münaqişə tərəflərinin mətbuat nümayəndələrinin görüşü təşkil olunub. Burada Bülbüloğlu Rusiyanın xüsusi nümayəndəsi Mixail Şvıdkimlə moderatorluq edib.
Düşməncəsinə köklənmiş insanlardan obyektiv qiymətləndirmə gözləmək mənasıdır. Azərbaycanın xeyrinə göstərilmiş istənilən təşəbbüsü qaralamaq həmin insanlara xasdır. Xakaterik haldır ki, Azərbaycanda xəstə düşüncənin və düşmən əhval-ruhiyyələrinin mənbəyini də çox yaxşı anlayırlar.
Polad Bülbüloğlunun nə tərifə, nə də özünütərifə ehtiyacı yoxdur. O, şəxsi xidmətləri hesabına geniş publikaya və beynəlxalq elitaya yaxşı tanışdır. Eləcə də onun UNESKO-nun baş direktoru vəzifəsinə təyin olunması bu təşkilat üçün tapıntı ola bilər.
Mənəviyyatça müvəffəqiyyətli islahatçı, təbiətcə fəal və nikbin olan azərbaycanlı namizəd məsuliyyətli beynəlxalq təcrübə üçün tapıntı ola bilər. Polad Bülbüloğlunun qalib kürsüsündə əyələşməsi üçün hər bir azərbaycanlının UNESKO-nun rəhbəri postuna seçkilərin taleyinə verdiyi töhfə özhəmyerlisi üçün keçirdiyi qürur hissi, istənilən imkanları nikbin ruhda istifadəsi ola bilər.
Gözügötürməyənlər isə texnoloji imkanlardan iyrənc səviyyədə istifadə edərək bu cür parlaq insanı tənqid edərək, yolunu qazmağa çalışacaqlar.
Lakin azərbaycanlı təşviqatçının aşkaq üstünlükləri var ki, bu da onu favoritlərdən biri edir. Yoxsa ermənilər bu cür namizədə qarşı həyəcan təbili çalmazdılar. Ermənilər saxta şüar altında yeni əməliyyata başlayıblar.
İslaholunmaz bu cür saxtakarlara qarşı ən yaxşı cavab layiqli həmyerlimiz üçün hərtəfəli dəstək göstərməkdir.
Tərcümə: S.Xankişiyeva