Ermənistan Azərbaycanın mədəni irsinə qarşı öz işğalçı siyasətini davam etdirir | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan Azərbaycanın mədəni irsinə qarşı öz işğalçı siyasətini davam etdirir

16:22 - 12 / 05 / 2017
Ermənistan Azərbaycanın mədəni irsinə qarşı öz işğalçı siyasətini davam etdirir

Fransa–Azərbaycan Parlamentlərarası işçi qrupun üzvü, millət vəkili Cavanşir Feyziyevin redaksiyamıza verdiyi məlumata görə, Şuşanın işğal olunmasının ildönümü ilə əlaqədar Parisdə fəaliyyət göstərən Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva Fransa mətbuatında bəyanatla çıxış edib.

1news.az həmin bəyanatın mətninin tərcüməsini oxucularımızın diqqətinə çatdırırıq:

“Azərbaycanın tarixi beşiyi Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 25 il keçdi. Tarixi abidələrlə zəngin olan Şuşa Azərbaycanın mədəni irsini dünyada tanıtmış çoxsaylı məşhur insanlar – yazıçılar, şairlər, bənzərsiz səsə malik müğənnilər yetişdirib.

Şuşa uğrunda döyüşlərdə 195 azərbaycanlı həlak olmuş, 165 nəfər yaralanmış və 68 nəfər ələ keçərək girova götürülüb. Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti beynəlxalq hüququn norma və prinsiplərinin və insan haqlarının açıq-aşkar pozulmasına gətirib çıxarıb.

300 kv.km ərazidə yerləşən Şuşa şəhərində yaşayan 24 900 nəfər öz ölkəsində köçkünə çevrilib. Bununla belə, bu hadisələrin faciəvi nəticələri Azərbaycan torpaqlarının işğalı ilə bitmir. Beş min əşyanın sərgidə olduğu Şuşa muzeyi, Dövlət Milli İncəsənət və Xalça muzeyinin yerli filialı, Qarabağ Etnoqrafiya muzeyi, eləcə də məşhur Azərbaycan şairəsi Xurşudbanu Natəvanın sarayı, Ağabəyim Ağanın qəsri, Qarabağ Xanlığı kompleksi, İbrahimxəlil Xan Mədrəsəsi, Cümə məscidi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan Azıx mağarası, digər mədəniyyət mərkəzləri və qalareyalar dağıdılıb, qarət edilib, kitabxanalar yandırılıb.

Ermənistan Azərbaycanın mədəni irsinə qarşı öz işğalçılıq və dağıdıcılıq siyasətini davam etdirir.

Biz – Fransa azərbaycanlıları beynəlxalq təşkilatları ədalətin bərpası, işğal olunmuş torpaqların, o cümlədən də Şuşanın azad olunması, Azərbaycanın ərazi bütövlüyünün və bir milyon qaçqının və köçkünün hüquqlarının bərpa olunması, əsir və girovların azad olunması işində Azərbaycana dəstək verməyə çağırırıq.

Ümid edirik ki, bütün tanınmış beynəlxalq təşkilatlar və sülh müdafiəçiləri tolerantlıq ölkəsi olan Azərbaycanda sülhün və təhlükəsizliyin bərpası uğrunda cəhdlərini birləşdirəcəklər, Azərbaycana qarşı yürüdülən davamlı işğalçılıq siyasəti dayandırılacaq, Cənubi Qafqaz regionunda əməkdaşlıq və davamlı inkişaf üçün hər cür zəruri şərait təmin olunacaq. Heç bir ayrı-seçkiliyə yol vermədən hər bir insanın beynəlxalq səviyyədə qəbul edilmiş fundamental hüquq və azadlıqlarına təminat vermək üçün real imkanlar yaradılacaq”.

S.Xankişiyeva

Paylaş:
630

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər