Viləşçayda batan iki nəfərin cəsədi tapılıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Viləşçayda batan iki nəfərin cəsədi tapılıb - YENİLƏNİB

16:14 - 28 / 05 / 2017
Viləşçayda batan iki nəfərin cəsədi tapılıb - YENİLƏNİB

Masallı rayonu, Viləşçay çayında çimərkən batmış 2002-ci il təvəllüdlü Abbasov Şəmsəddin Qəhrəman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri, digər vətəndaşın cəsədi sakinlər tərəfindən tapılaraq sudan çıxarılıb.

1news.az-ın  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, cəsədlər aidiyyəti üzrə təhvil verilib.

 Əməliyyat saat 14:52-də başa çatıb. 

14:06

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Viləşçay çayının Masallı rayonu ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların axtarışlarına başlayıblar.

 1news.az

 

Paylaş:
675

Son xəbərlər

Bütün xəbərlər