Anasını qətlə yetirən oğul tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Anasını qətlə yetirən oğul tutuldu

17:31 - 30 / 05 / 2017
Anasını qətlə yetirən oğul tutuldu

Anasını tüfənglə qətlə yetirən şəxs polis əməkdaşları tərəfindən tutulub.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, mayın 27-də Mingəçevir şəhər sakini Kəmalə Məhərrəmovanın döş nahiyəsinə tüfəngdən açılan atəşlə qətlə yetirilməyə xarakterik olan meyiti evində tapılıb.

Araşdırma zamanı hadisənin K.Məhərrəmovanın oğlu Nail tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib.

Mingəçevir ŞPŞ və Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nail Yevlax rayonu ərazisində tutulub. Ondan lüləsi və qundağı kəsilmiş ov tüfəngi götürülüb.

Babək Cahandarov

Paylaş:
743

Son xəbərlər

Bütün xəbərlər