14 qəsəbəyə içməli suyun verilməsində məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

14 qəsəbəyə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

11:33 - 30 / 05 / 2017
14 qəsəbəyə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bu gün bir sıra qəsəbələrdə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

1news.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, Ceyranbatan-Maştağa sağ magistral su xəttinin Saray qəsəbəsi ərazisindən keçən hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 30 may tarixində 24 saat müddətinə Saray, Novxanı, Goradil, Fatmayı, Mehdiabad, Digah, Maştağa, Pirşağı, Kürdəxanı, Bilgəh, Nardaran, Ramana, Bakıxanov və Sabunçu qəsəbələrinin, həmçinin bağ massivlərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Babək Cahandarov

Paylaş:
551

Son xəbərlər

Bütün xəbərlər