Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından iftar süfrəsi təşkil edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından iftar süfrəsi təşkil edilib – FOTO

15:08 - 31 / 05 / 2017
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından iftar süfrəsi təşkil edilib – FOTO

Moskvadakı Poklonnaya Qorada Rusiya Müftilər Şurası tərəfindən inşa edilmiş “Ramazan çadırı”nda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Azərbaycan Günü təşkil edilib və iftar verilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, iftardan əvvəl Azərbaycan ruhanilərinin nümayəndəsi müqəddəs Qurandan surə və axşam duası oxuyub.

Moskva müftisinin müavini Marat-Həzrət Arslanov müxtəlif millətlərdən olan müsəlmanların toplaşdığı tədbirdə tədbirə gələnlərin salamlayıb və bu iftarın təşkil edilməsinə görə onların adından Heydər Əliyev Fonduna, şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib. Onun sözlərinə görə, artıq 12-ci ildir ki, Poklonnlaya Qorada “Ramazan çadırı” açılır və Azərbaycan Respublikası, Heydər Əliyev Fondu hər il bu tədbirdə iştirak edir.

Marat-Həzrət Arslanov deyib: “Bu gün əla gündür, günəşli havadır, elə bil Azərbaycanın bir hissəsi qısa müddətə Moskvaya gəlib. Fürsətdən istifadə edib, mənəvi ənənələrin və dini mədəniyyətin dəstəklənməsində iştirakına görə Heydər Əliyev Fonduna təşəkkür etmək istəyirəm”.

O, üzərində Qurandan surələr yazılmış dekorativ narı Müftilər Şurası adından Heydər Əliyev Fondunun nümayəndəsi Ayan Həsənovaya təqdim edib və bu hədiyyəni ən xoş arzularla Leyla Əliyevaya çatdırmağı xahiş edib.

Sonra Moskva müsəlmanları oruclarını açaraq Azərbaycan milli xörəklərinin nümunələrini və şirniyyat növlərini dadıblar.

İftar mərasimində Azərbaycan haqqında videoçarx nümayiş etdirilib, “Baku” ansamblının və müğənni Samir Salamın ifasında milli musiqi nümunələri səslənib, Azərbaycan barədə ən yaxşı bilik viktorinası keçirilib. Tədbir iştirakçıları Azərbaycanın tarixinə və dövlət rəmzlərinə aid suallara cavab veriblər. Qaliblərə xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, Rusiya Müftilər Şurasının mühüm layihəsi olan “Ramazan çadırı” xalqlar arasında dostluğu möhkəmlətmək, İslam dininə etiqad bəsləyən çoxsaylı xalqların Moskvada yaşayan nümayəndələrini birləşdirmək məqsədilə həyata keçirilir. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə iştirak edir, dindarlar üçün iftar təşkil edir.

S.Xankişiyeva

Paylaş:
656

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər