Dillər Universitetində dövlət imtahanı ilə bağlı yekun qərar verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dillər Universitetində dövlət imtahanı ilə bağlı yekun qərar verilib

15:34 - 31 / 05 / 2017
Dillər Universitetində dövlət imtahanı ilə bağlı yekun qərar verilib

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının iclası keçirilib.

1news.az Apa-ya istinadla xəbər verir ki, ADU-nun təhsil fakültəsinin dekanı Fikrət Cahangirov bildirib ki, iclasda Elmi Şuranın iclasında dövlət imtahanı ilə bağlı yekun qərar qəbul olunub. İclasda 2 təklif müzakirə edilib. Bunlardan biri imtahanın bir yazılı və 50 test sualından ibarət olması, digəri isə diplom işi olub.

İclasda qəbul edilən yekun qərara əsasən, ADU-da kadr hazırlığı üzrə ixtisasların xüsusiyyəti və tələbələrin istəyi nəzərə alınaraq, Universitetdə bakalavriat səviyyəsində yekun attestasiyasının ixtisas fənni tərtib olunmuş suallar əsasında imtahan və ya buraxılış işinin müdafiəsi formasında keçirilməsi qərara alınıb. Bununla yanaşı, yekun attestasiyanın uğurla aparılması üçün yay imtahan sessiyasının müddətinin uzadılması məqsədə uyğun hesab edilib.

Elmi Şuranın iclasında 2016/2017-ci tədris ilinin yekunları, yay imtahan sessiyasına hazırlıq məsələləri, alman dili kafedrasının hesabatı, bakalavriat səviyyəsində yekun dövlət attestasiyası, magistr dissertasiyalarının yerinə yetirilməsi vəziyyəti və müdafiəsinin təşkili və digər məsələlər də müzakirə olunub.

Qeyd edək ki, dövlət imtahanı ilə bağlı dəyişiklərin edilməsi ali məktəbdə tələbələrin narazılığına səbəb olub. Ötən gün keçirilən etirazdan sonra təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərliyi ilə tələbələr arasında görüş keçirilib. Görüşdə tələbələrin təklifləri dinlənildikdən sonra elmi şuranın iclasında yekun qərarın veriləcəyi bildirilmişdi.

1news.az

 

Paylaş:
527

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər