Türkiyəli nazir: Natiq Əliyev hər zaman Türkiyədə də rəhmətlə yad ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyəli nazir: Natiq Əliyev hər zaman Türkiyədə də rəhmətlə yad ediləcək

19:20 - 09 / 06 / 2017
Türkiyəli nazir: Natiq Əliyev hər zaman Türkiyədə də rəhmətlə yad ediləcək

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Azərbaycanın energetika naziri Natiq Əliyevin ölümü ilə bağlı onun yaxınları və ailəsinə, Azərbaycan və Türkiyə xalqlarına başsağlığı verib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, B.Albayrak bildirib ki, mərhum nazirin Azərbaycanın enerji sektorundakı xidmətləri və rolu, ölkəsinə verdiyi töhfələr unudulmayacaq:

“Natiq Əliyevin Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum təbii qaz kəməri, TANAP layihəsi başda olmaqla, bir çox layihənin həyata keçirilməsində böyük xidmətləri olub. Vəfat xəbərini təəssüflə öyrəndim.

Onun Azərbaycanın enerji sektorunda yerinə yetirdiyi vəzifə, həyata keçirdiyi işlər və ölkəsinə verdiyi töhfələr unudulmayacaq. Natiq Əliyev hər zaman ölkəmizdə də xatirələrdə yaşayacaq və rəhmətlə yad ediləcək”.

S.Xankişiyeva

Paylaş:
848

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər