"Sədərək”də yanğının yayılmasının qarşısı alınıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

"Sədərək”də yanğının yayılmasının qarşısı alınıb - YENİLƏNİB

19:29 - 10 / 06 / 2017
"Sədərək”də yanğının yayılmasının qarşısı alınıb - YENİLƏNİB

Sədərək” Ticarət Mərkəzində  2 mağazanın dam örtüyü ümumilikdə 150 m2 sahədə yanıb.

1news.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 2 mağazanın dam örtüyü ümumilikdə 150 m2 sahədə yanıb.

Yanğının yayılmasının qarşısı alınıb, tam söndürülməsi istiqamətində müvafiq işlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

19:03

"Sədərək” Ticarət Mərkəzi yanır.  

1news.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş verməsi haqqında məlumat daxil olub. Dərhal nazirliyin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Əlavə məlumat veriləcək.

1news.az

 

 

 

 

Paylaş:
663

Son xəbərlər

Bütün xəbərlər