Milyarder Fərhad Əhmədov: "Qoy Allah özü qərar versin!" - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Milyarder Fərhad Əhmədov: "Qoy Allah özü qərar versin!" - VİDEO

19:14 - 10 / 06 / 2017
Milyarder Fərhad Əhmədov: "Qoy Allah özü qərar versin!" - VİDEO

Yarım milyardlıq boşanma qalmaqalı ilə gündəmə gələn Azərbaycan əsilli rusiyalı milyarder, “Nortqaz” şirkətinin eks-sahibi Fərhad Əhmədov Bakıdadır.

1news.az xəbər verir ki, 61 yaşlı Fərhad Əhmədov APA TV-yə eksklüziv müsahibəsində keçmiş həyat yoldaşı Tatyana Əhmədova ilə bağlı London məhkəməsinin çıxardığı qərara münasibət bildirib.

Onun sözlərinə görə, həm Böyük Britaniya, həm də yerli media bu məsələni daha da aktuallaşdırıb: "Bu, İngiltərə məhkəməsi tərəfindən məqsədli şəkildə düşünülmüş, qərəzli informasiya sızıntısı, məqsədli şəkildə düşünülmüş, analoqu olmayan bir qərar idi. Çünki o, Rusiya vətəndaşıdır. Bizim nikahımız Rusiyada qeydiyyata alınıb. Eyni zamanda elə Rusiyada da boşanmışıq. Ona görə də İngiltərə məhkəməsinin bu məsələyə müdaxiləsi yersiz, ildən-ilə çox detallı formada planlaşdırılmış bir şey idi. Mən əminəm ki, ingilislər Avropa İttifaqı ilə boşanmaq müqabilində kompensasiya ödəməkdən imtina etdiyi kimi, İngiltərənin ədalət mühakiməsinin qərarı da öz ədalətini mütləq tapacaq".

 Milyarder yanvar ayında verdiyi bəyanatda London məhkəməsində baş tutmuş boşanma prosesini keçmiş həyat yoldaşı və onun vəkilləri tərəfindən “Britaniya hüquq sistemindən çirkin sui-istifadə halı” kimi dəyərləndirib və Tatyana ilə 2000-ci ildə onun xəyanətindən sonra boşandığını vurğulayıb. Hazırda isə eks-xanımı ilə münasibətlərinin normal olduğuna diqqət çəkib: "Münasibətlərimiz həmişə normal olub. Mən hər zaman Şərq kişisi, müsəlman olaraq uşaqlarımın atası kimi öz öhdəliklərimi yerinə yetirirəm. Qalan şeylərə isə qoy Allah özü qərar versin".

 Xatırladaq ki, London məhkəməsi F.Əhmədovun keçmiş həyat yoldaşı Tatyanaya 584 milyon dollar təzminat ödəməli olduğu haqda qərar verib.

 Qeyd edək ki, bu, Britaniya tarixində boşanma prosesində kəsilmiş ən böyük məbləğdir.

1news.az

 

 

Paylaş:
845

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər