Nadir şahın qılıncı oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nadir şahın qılıncı oğurlanıb

15:21 - 11 / 06 / 2017
Nadir şahın  qılıncı oğurlanıb

Dağıstanın Kubaçi kəndində muzeydən 90 qiymətli eksponat oğurlanıb.

1news.az-ın “kavkaz-uzel.eu” saytına istinadən verdiyi məlumata görə, “Kubaçi İncəsənət Kombinatı”ndan oğurlanan eksponatlar arasında Azərbaycan və İran şahı Nadir şahın qiyməti “qara bazar”da 1-2 milyon dollardan başlayan qılıncı, o cümlədən qədim daması da var.

Dağıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, naməlum şəxs giriş qapısını qıraraq muzeyə daxil olub. Qiymətli eksponatların saxlandığı muzeydə siqnalizasiya sistemi, o cümlədən peşəkar mühafizəçilər olmayıb. 

1news.az

 

Paylaş:
650

Son xəbərlər

Bütün xəbərlər