Şəmkirdə mikroavtobus aşıb, xəsarət alanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə mikroavtobus aşıb, xəsarət alanlar var

20:01 - 11 / 06 / 2017
Şəmkirdə mikroavtobus aşıb, xəsarət alanlar var

Şəmkir-Gədəbəy yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

1news.az Apa-ya istinadla xəbər verir ki, hadisə avtomobil yolunun “Yasamal aşırımı” adlanan hissəsində, Şəmkir rayonu ərazisində qeydə alınıb.

 “Qazel” markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində xəsarət alan 2 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin normal, digərinin orta-ağır olduğu bildirilir.

 Faktla bağlı araşdırma aparılır. 

1news.az

Paylaş:
476

Son xəbərlər

Bütün xəbərlər