Hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ

12:21 - 11 / 06 / 2017
Hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, iyunun 12-dən 13-ü gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

 Ayrı-ayrı yerlərdə  lokal leysan xarakterli olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

1news.az

Paylaş:
433

Son xəbərlər

Bütün xəbərlər