Heydər Əliyev Fondu Cibuti Respublikasına tibbi avadanlıqlar göndərib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondu Cibuti Respublikasına tibbi avadanlıqlar göndərib – FOTO

15:47 - 12 / 06 / 2017
Heydər Əliyev Fondu Cibuti Respublikasına tibbi avadanlıqlar göndərib – FOTO

Heydər Əliyev Fondu Cibuti Respublikasının Səhiyyə Nazirliyinə tibbi avadanlıqlar hədiyyə edib.

1news.az-a Fonddan verilən xəbərə görə, bununla əlaqədar Cibuti Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Xəstəxanasında tibbi avadanlıqların təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi humanitar layihələr haqqında məlumat verilib. Bildirilib ki, bu layihələr çərçivəsində Cibuti Mərkəzi Xəstəxanasının pediatriya şöbəsi 10 adda tibbi avadanlıqla təmin olunub və bu aksiya ölkənin səhiyyə sisteminin inkişafına, eləcə də ikitərəfli münasibətlərin genişlənməsinə öz töhfəsini verəcək.

Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev çıxışında Cibuti və Azərbaycan arasındakı dostluq münasibətlərinin hər iki ölkənin milli maraqlarına xidmət etdiyini və səfirliyin bundan sonra da bu əlaqələrin möhkəmləndirilməsi üçün tədbirləri davam etdirəcəyini bildirib.

Heydər Əliyev Fondunun nümayəndə heyəti Cibuti Respublikasının səhiyyə naziri Cama Elmi Okieh ilə görüşüb. Görüş zamanı nazir hədiyyə olunmuş tibbi avadanlıqların ölkədə pediatriya xidmətinin güclənməsinə təkan verəcəyini qeyd edib və bu dəstəyə görə Azərbaycan xalqına, eləcə də Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

S.Xankişiyeva

Paylaş:
825

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər