Magistratura üzrə ən yüksək bal toplayan ilk üçlük UNEC-i seçib | 1news.az | Xəbərlər
Cəmiyyət

Magistratura üzrə ən yüksək bal toplayan ilk üçlük UNEC-i seçib

09:59 - 12 / 06 / 2017
Magistratura üzrə ən yüksək bal toplayan ilk üçlük UNEC-i seçib

Dövlət İmtahan Mərkəzinin 2017/18-ci tədris ili üçün Azərbaycan Respublikasinin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasinin magistraturalarına qəbul imtahanlarında respublika üzrə fərqlənən tələbələr UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) olublar.

1news.az-a UNEC-in Marketinq və Kommunikasıya Departamentindən verilən xəbərə görə, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Fariz Əhmədovla magistraturaya qəbul imtahanlarında respublika birincisi olan Yaşar Nəsibov, respublika ikincisi Cavid Əliyev və respublika üçüncüsü Turqay Şirinbəyliyə mərkəz haqqında ətraflı məlumat verərək, ixtisasların yeni beynəlxalq standartlarda hazırlanan tədris planlarını onlara təqdim edib. Mərkəzin təklif etdiyi ikili diplom, mübadilə proqramları, xarici və yerli şirkətlərdə təcrübə imkanı, xarici ölkələrdə yay və qış məktəblərində fəal iştirak imkanları tələbələrin xüsusi marağına səbəb olub.

Görüşün sonunda tələbələr mərkəzdəki təhsil və tədris üçün yaradılan şəraitdən məmnun qalaraq, təhsil almaq üçün UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzini seçəcəklərini bildiriblər.

Qeyd: Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi magistratura təhsilinin səmərəli və beynəlxalq standartlar səviyyəsində aparılması üçün 29 iyun 2015-ci ildə UNEC Elmi Şurasının qərarı ilə yaradılıb. Mərkəzdə 11 ixtisas 39 ixtisaslaşma  üzrə 4 dildə tədris aparılır.

S.Xankişiyeva

Paylaş:
600

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər